Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı "Ankara məktəbi" məktəb-liseyin fiziki tərbiyə müəllimi Şahin Abdullayev oldu.
Müsahibimiz əvvəlcə özü haqda məlumat verib: "Mən - Şahin Abdullayev Gündüz oğlu voleybol üzrə İdman ustasıyam. Dəfələrlə Respublika çempionu, beynəlxalq yarışların qalibi adını qazanmışam. Məşqçi kimi Avropa çempionatının ikincisi olmuşam. Bundan əlavə, həm də "Neftçi 2” voleybol komandasının məşqçisiyəm. Fiziki tərbiyə müəllimi kimi isə 11 ildir "Ankara məktəbi" məktəb-liseydə çalışıram".
O, qeyd edib ki, fiziki tərbiyə müəllimləri hər bir uşağa fərdi yanaşmalıdır: "Fiziki tərbiyə müəlliminin əsas məqsədi gələcəyə fiziki sağlam gənclər yetişdirməkdir. Bizim işimizin çətinliyi hər uşağa fərdi yanaşmaq, şagirdlərin hər birinin liderlik xüsusiyyətlərini inkişaf etdirmək üçün çalışmaqdır".

Ş.Abdullayev deyib ki, fiziki tərbiyə müəllimləri dərsləri Elm və Təhsil Nazirliyinin proqramı əsasında tədris edirlər: "Ümumilkdə orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini yüksək qiymətləndirirəm. Elm və Təhsil Nazirliyi bu sahədə çoxlu iş görür. Nazirliyin təqdim etdiyi proqram idmanın bütün növlərini əhatə edir. Fiziki tərbiyə müəllimləri dərsləri proqram əsasında keçirlər. Bura sürət, sürət-güc, əyilgənlik, qüvvə, çeviklik və dözümlülük qabiliyyətləri daxildir. Sürət qabiliyyəti əsasən qısa məsafələrə sürətlənmələrdən ibarətdir. Məsələn, 30-60 metr qaçışlar. Bu, hərəkətin reaksiya tezliyini inkişaf etdirir. Sürət-güc qabiliyyəti tullanmalar və topların atılmasıdır. Əyilgənlik gimnastika idman növünə aiddir. Bu qabiliyyətdə müəllimlər uşaqların elastikliyini inkişaf etdirirlər. Qüvvə qabiliyyətində müəllimlər adətən güc tələb edən hərəkətlər kompleksi ilə dərs keçirlər. Uşaqların sevimli hərəki qabiliyyəti çeviklik, ikitərəfli oyunlardan ibarətdir. Dözümlülük qabiliyyəti isə uzaq məsafələrə qaçışlarla keçirilir".
Fiziki tərbiyə müəllimi uşaqların diqqətini dərsə cəlb etməyin yollarından da danışıb: "Uşaqların diqqətini cəlb etmək üçün dərsdə hər hansı bir qabiliyyəti maraqlı oyun keçirməklə inkişaf etdirmək lazımdır. Bu halda şagirdlər həm əylənirlər, həm də fiziki sağlam inkişaf edirlər".

Ş.Abdullayev məktəblərdəki infrastrukturdan söz açıb: "Demək olar ki, hər il yeni məktəb binaları istifadəyə verilir. Hər bir məktəbin nəzdində idman meydançaları var. Mən Azərbaycanda idman zalları və meydançalarının durumunu qənaətbəxş hesab edirəm. İşlədiyim Nərimanov rayonunda hər il məktəblərarası yarışların keçirilməsi bunu sübutdur. "Ankara məktəbi" məktəb-liseyin idman zalı geniş və rahatdır".
O, məktəblilər üçün tez-tez yarışların təşkil olunduğunu deyib: "Elm və Təhsil Nazirliyi hər il məktəblərarası yarışlar təşkil edir. Futbol, basketbol, badminton, atletika və digər idman növlərində yarışlar keçirilir. Yarışların keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblilərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir".
Həmsöhbətimiz Azərbaycanın ikiqat Paralimya çempionu Lamiyə Vəliyevanın onun şagirdi olduğunu vurğulayıb: "Dərs keçdiyim uşaqlar arasında ikiqat Paralimpiya çempionumuz Lamiyə Vəliyevanın adını çəkə bilərəm. Uşaq yaşlarından voleybol oyununa maraq göstərirdi. Mən bu sahədə məşqlər keçdiyim ərəfədə Lamiyənin çox sürətli qaçdığının şahidi oldum. Lamiyəyə məsləhət gördüm ki, idmanın atletika sahəsində özünü yoxlasın. Bəlkə də bu istedadın üzə çıxmasında mənim də əməyin böyük olub. Fiziki tərbiyə dərsinin mahiyyəti bundan ibarətdir. Bu sahədə bir çox idmançımıza dəstək olmuşam".

Ş.Abdullayev qeyd edib ki, idmana marağı artırmaq, uşaqları və gəncləri pis vərdişlərdən qorumaq üçün maarifləndirmə işləri aparılmalıdır: "İdmanın bütün növləri maraqlıdır. Məktəbimizdə 100-dən çox şagird peşəkar idmanla məşğuldur. Onların hər birinə fərdi yanaşmaq lazımdır. Ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini yaxşılaşdırmaq, uşaqları pis vərdişlərdən qorumaq üçün idman növlərinin kütləviliyini artırmaq lazımdır. Bunun üçün universitetlər, məktəblər və bağçalarda hər bir idman növü üzrə yarışlar təşkil edilməlidir. Hər bir Azərbaycan vətəndaşının hansısa idman növündə istedadını müəyyən etmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, fiziki baxımdan sağlam tərbiyə etmək hər birimizin borcudur. Uşaqları və gəncləri pis vərdişlərdən qorumaq üçün maarifləndirmə işləri də aparılmalıdır. Məktəblərdə və gənclər mərkəzlərində siqaret, spirtli içki və digər zərərli vərdişlərin fəsadları haqqında seminarlar təşkil edilməlidir. Çempionlar və psixoloqlar məktəblərdə görüşlər keçirərək, sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verməlidirlər. Əsas vəzifə valideynlərin üzərinə düşür. Onlar erkən yaşlarından uşaqların pis vərdişlərdən uzaq olmasını, idmanla məşğul olmasını təmin etməlidirlər".
O, sonda şagirdlərinə necə motivasiya verdiyini də açıqlayıb: "Dərs vaxtı şagirdlər bir neçə qrupa bölünür və hər qrupun bir lideri olur. Bu, lideryönümlü inkişaf üçün çox faydalıdır. Qrupun bütün məsuliyyəti liderin idarə qabiliyyətindən asılıdır. Bu, hər bir şagirdə böyük motivasiya verir. Bir neçə idman növü üzrə yarışlar keçirilir. Şagirdlərin belə motivasiya ilə istedadları üzə çıxır. Gələcəyin formalaşması belə maraqlı motivasiya oyunları ilə olur. Həmçinin hər dərsimizin başlanğıcında bütün növ idmançılar haqqında nümunəvi şəkillər və videolar göstərirəm. Şagirdləri maraqlandıran sualları onların maraq dairəsində cavablandırıram, fərdi yanaşma ilə motivasiya edirəm. Əvvəldə qeyd etdiyim kimi, fiziki tərbiyə dərsində fərdi yanaşma önəmlidir. Çünki özüm voleybol üzrə milli komandanın üzvü olmuşam. Azərbaycanı beynəlxalq yarışlarda təmsil etməyimdə fiziki tərbiyə müəllimimin mənə fərdi yanaşmasının rolu böyükdür. Hal-hazırda öz böyük təcrübəmlə şagirdlərin fiziki baxımdan sağlam böyüməsi üçün çalışıram. Buna görə mənə hər işimdə dəstək olan və hər şəraiti yaradan "Ankara məktəbi" məktəb-liseyin direktoru Səmayə Eynullayevaya təşəkkür edirəm".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq