“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin QOL.az saytına müsahibəsi
- Bu günlərdə komandanız Naxçıvana yollandı. Səfər necə keçdi, təəssüratlarınız necədir?
- Çox yaxşı səfər alındı. Komandanın bəzi futbolçularının Naxçıvan barəsində təsəvvürləri yox idi. Orada komanda olaraq isti qarşılandıq. Biz də şahidi olduq ki, komandanı Naxçıvanda sevirlər, gözləyirlər. Düşünürəm ki, “Araz-Naxçıvan” doğma yurduna qayıtsa, daha da böyüyə, daha da inkişaf edə bilər.
- Bu, birbaşa sizə aid sual olmasa da, hər halda siz də rəsmi görüşdə iştirak etdiniz, ona görə yəqin ki, bu məsələ haqda məlumatlısınız. “Araz-Naxçıvan” nə vaxt doğma meydanda çıxış edə bilər? Təxmini də olsa, ilin sonuna, mövsümün ikinci yarısına... Nə vaxt?
- Dəqiq vaxt deyə bilməyəcəm. Bizə də vəd olundu ki, komanda Naxçıvana qayıdacaq. Lakin bu mövsümün ortasında, gələn il, növbəti mövsüm – bunu biz də dəqiq bilmirik.
- Premyer Liqada 7 tur geridə qalıb və ikinci pillədəsiniz. Geridə qalan müddəti komandanız üçün necə dəyərləndirirsiniz?
- Qənaətbəxş. Qazanılan xallar komandanın əzmkarlığının, xarakterinin nəticəsidir. Düşünürəm ki, daha da yaxşı olmaq ehtimalımız var. Komanda öz üzərində çalışır. Heç bir rəqibdən çəkinməyərək, öz dəsti-xəttimizdən də əl çəkməyəcəyik.
- İlk 7 turu nəzərə alsaq, demək olar ki, bu il ötənilki nəticəni qazanmaq daha çətin olacaq?
- Oyunlar da göstərir ki, çempionat həqiqətən də ağırdır. Biz də çalışırıq iddiamızı ortaya qoyaq. İddialılar sırasında olaq.
- Ümumiyyətlə, legionet limitinin ləğvindən sonra Premyer Liqada inkişaf var? Yoxsa əksinə, geriləmə hiss olunur?
- Çempionatda əcnəbilərin sayı artıb. Öz komandamızı götürsək, hər matçda 5-6 yerli futbolçuya şans veririk. Bizə təsir etmir. Heyətimizdə yaxşı həm yerli, həm də əcnəbi futbolçular var. “Heyətimdə 11 legioner olsa, mütləq qalib gələcəyəm” yanaşması da səhvdir.
- Qarşıda 3 çətin oyun gəlir. “Neftçi”, “Sabah”, “Sumqayıt”. Bu matçlardan gözləntiləriniz nədir?
- İndi həmin oyunları yox, daha çox o vaxta qədərki hazırlığı düşünürük.
- “Şəfa” ilə yoxlama matçında komandadan istədiyinizi ala bildiniz?
- Ümumi planımızda yoldaşlıq oyunu var idi. Sağ olsunlar, bizə müsbət cavab verdilər. Bu tip oyunlarda futbolçuların tonusda olması önəmlidir. Hava şəraitini də nəzərə alsaq, istədiyimi futbolçular meydanda mənə qaytarırdılar.
- Zədəlilərin son durumu nə yerdədir? Ramon Maçado, Əyyub Allaş...
- Allaş hazırda reabilitasiya dövründədir. Hələlik dəqiq nə vaxt meydana qayıdacağını söyləmək çətindir. Maçadoda isə müsbət irəliləyiş var. Qarşıdakı həftədə artıq komanda ilə məşqlərə qoşulmalıdır.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı