Ukrayna millisinin müdafiəçisi İlya Zabarni bu gün Azərbaycan komandasına qarşı keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin 4-cü tur oyunu ilə bağlı fikirlərini bildirib. Matç Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
QOL.az Ukrayna Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, PSJ-nin 23 yaşlı müdafiəçisi oyun öncəsi təşkil olunan mətbuat konfransında görüşlə bağlı danışıb:
- İlya, Azərbaycan komandasını qiymətləndirməməkdən qaçmaq olarmı?
- Bu səviyyəli turnirdə rəqibi qiymətləndirməməkdən söhbət belə gedə bilməz. Bütün komandalar müdafiə olunmağı və futbol oynamağı yaxşı bacarır. Ona görə də bizdə belə bir düşüncə yoxdur. Mən yalnız öz oyunuma fokuslanıram və meydanda nə etməli olduğumu yaxşı bilirəm.
- Ruslan Malinovski ağır zədədən sonra heyətə qayıdıb və 2 qol vurub. Onun təcrübəsi komandada özündən yaşca kiçik olan futbolçulara necə təsir edib?
- Ruslanın, doğrudan da yeri görünürdü. Onun futbolçu kimi nəyə qadir olduğunu və güclü keyfiyyətlərini bilirdik. Komandamızda onun çatışmazlığı yüz faiz hiss olunurdu. İslandiya ilə çətin görüşdə iki qol vuraraq milliyə böyük kömək etdi.
- Azərbaycanla ilk oyundakı (1:1) nəticə sizdə narahatlıq yaratdımı? Sentyabrdakı komanda ilə indiki arasında nə kimi fərq var?
- Düzü, Azərbaycanla heç-heçə oynamaq xoş deyildi, amma futbol belədir. Bəzən belə nəticələr olur. Bu vəziyyətdən çıxmaq və irəli baxmaq lazımdır. Dəyişikliklərə gəlincə, əsaslı fərq yoxdur - eyni komandayıq. Həmişəki kimi, çətin oyuna hazırlaşırıq və məqsədimiz qələbədir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək