Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın qadın futbolçulardan ibarət millisinə rəhbərlik edən Siyasət Əsgərov bugünlərdə "Neftçi"nin qadın komandasına baş məşqçi təyin olunub. Mütəxəssislə 2023/24 mövsümünün sonunadək müqavilə imzalanıb.
S.Əsgərov "Neftçi" ilə yanaşı, Azərbaycan yığmasını çalışdırmağa davam edəcək.
Maraqlıdır, Siyasət Əsgərovun "Neftçi"yə təyinatı necə baş verdi? S.Əsgərovlu "Neftçi" gələcək üçün nə vəd edir?
Bu kimi suallarmıza cavab tapmaq üçün məhz Siyasət Əsgərovla söhbətləşdik.
O, əvvəlcə "Neftçi"yə gəlişi haqqında danışıb: “Neftçi”yə təyinatım son bir həftədə reallaşdı. Ümumiyyətlə, həmin vaxt planımda ölkədaxilində klub səviyyəsində işləmək yox idi. Amma “Neftçi”nin rəhbərliyi tərəfindən belə bir təklif gəldi. Təklifdə əsas məsələ o idi ki, qadın futbolu ilə bağlı istər indi, istərsə də gələcəkdə klub səviyyəsində çox yaxşı layihələr həyata keçiriləcək. Ona görə də qərar verdim ki, mövsümün sonuna qədər təklifi qəbul edim".
S.Əsgərov niyə məhz "Neftçi"ni seçməsinin səbəbini bu cür izah edib: "Doğrudan da, ölkə xaricindən təkliflərim var idi. Amma əsas təkliflər Türkiyədən olduğuna görə o təklifləri dəyərləndirmək istəmədim. Çünki düşünürəm ki, ən azı komandaya gedəndə mövsümün yarısından getməlisən ki, 2-ci yarı üçün komandanı hazırlayasan. Ya da ən yaxşısı, mövsümün əvvəlindən gedəsən ki, komandadan tam məlumatın olsun. Türkiyədə isə hal-hazırda birinci dövrə başa çatıb, ikinci dövrənin də üç oyunu oynanılıb. Ona görə də o təklifləri dəyərləndirmədim. Düzünü desəm, mövsümün sonunu gözləyirdim. Amma “Neftçi”dən gələn təklif mənim üçün gözlənilməz oldu. Təklifi qəbul etməyimin əsas səbəbi isə milli oyunçuların çoxluğu idi. Bildiyimiz kimi, millinin oyunçularının çox hissəsi ölkə xaricindədir. Sırf Azərbaycanda qalan bir qisim futbolçularımız var. Onların da əksəriyyəti “Neftçi” klubunda oynayır. Ondan başqa, burada U-17, U-19 milli komandalarıımızın oyunçuları var. Bu klubda milli komandanın tərkibinə getmədən klub səviyyəsində oyunçuları daha hazır edə bilərik. Əlavə olaraq deyim ki, “Neftçi” rəhbərliyinin istər indi, istərsə də gələcək üçün göstərdiyi proyektlər mənim üçün sevindirici oldu. Biz qadın futbolunu milli olaraq bəlli yerlərə gətirmişik, şükürlər olsun. Sevinirəm ki, klub səviyyəsində də hansısa nailiyyətlərə imza ata bilərik".
Mütəxəssis komandasının hazırkı durumundan söz açıb: “Neftçi” komandası ilə yeni müqavilə bağlamışıq. İki məşq, bir təxirə salınmış oyuna çıxmışıq. Buna baxmayaraq, komandanın tərkibində olan oyunçular bəllidir. Həm A milli komandasının, həm U-19, U-17 milli komandaların oyunçuları var. Onsuz da futbolçular hazır vəziyyətdə idi. Bəzi taktiki sxemdə, oyun planında dəyişikliklər etmişik. Ona da vaxt lazımdır ki, həm komanda məni hiss etsin, həm mən komandanı. Çünki A millinin oyunçuları mənim oyun fəlsəfəmi bilirlər, amma U-19, U-17 milli komandalarının oyunçuları və digər qızların uyğunlaşması üçün vaxt lazımdır. Ümumi götürsək, komandanın indiki durumu qənaətbəxşdir".
O, yeni komandası ilə ölkə çempionu olmaq istədiyini deyib: "Komanda kimi əsas məqsədimiz liqada çempion olmaqdır. Bu il ilk dəfə çempion olan komanda Çempionlar Liqasında iştirak edəcək. “Neftçi” komandasının da məqsədi çempion olub, Çempionlar Liqasına vəsiqə qazanmaqdır".
O, həm Azərbaycan yığmasına, həm də "Neftçi"yə baş məşqçilik etməyinin işinə müsbət təsir göstərəcəyinə inandığını vurğulayıb: "Paralel olaraq milli komanda da işim davam edir. Milli komandanın məşqləri UEFA-nın verdiyi pəncərə zamanı olur. Həmin zaman nəinki Azərbaycanda, bütün ölkələrdə liqa dayanır. Bundan öncə Türkiyədə çalışanda bu təcrübəni öz üzərimdə keçmişəm. Çox yaxşı effekti olur. İşin içində oluram. Hal-hazırda “Neftçi” ilə də belə olacaq, daha rahat olacaq. Çünki milli komandanın Bakıda qalan oyunçuları əsasən bu klubdadır. Ona görə mənim millidəki işim daha yaxşı tərəfdən təsir göstərəcək. Milli komandaya gələn qızlar arasında kimin hazır olduğu artıq bəlli olacaq. Mənim üçün həm millidəki, həm klubdakı işim daha da motivasiya olacaq".
S.Əsgərov xarici klublardan da təkliflər aldığını, lakin həmin klubların adlarını açıqlamaq istəmədiyini qeyd edib: “Neftçi” komandası ilə müqavilə bağlamadan belə bir açıqlamam var idi. Doğrudan da, ölkə xaricindən təkliflər var idi. İstər Türkiyədən, istər Ərəbistandan. Amma düz çıxmaz ki, həmin klubların adını çəkim. Çünki hal-hazırda o klublarla hər şey donduruldu və “Neftçi” komandası ilə müqavilə bağladım".
Mütəxəssis mövsümün sonunda "Neftçi" ilə müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda sualı da cavalandırıb: "Rəhbərliklə görüş olanda hər iki tərəfin razılığı ilə mövsümün sonuna qədər müqavilə bağladıq. Özüm də dedim ki, görək nəticələr necə olacaq. Mənim üçün qadın futbolunda önəmli olan klub səviyyəsində yaxşı yerə gəlməkdir. Qadın futboluna klublar nə qədər yatırım edərsə, nə qədər klublarda inkişaf olarsa, o qədər də millimizə birbaşa təsiri olacaq. Bu işdə də az da əməyim olarsa, mənim üçün sevindiricidir. Mənə görə şərtlər o qədər də önəmli deyil. Mənim üçün ilk olaraq önəmli olan komandanın hansı yerə gəlməsidir. Hansı nəticə əldə etdiyi və bizim köməyimizin olması vacibdir. Ondan sonra yenidən danışıqlar ola bilər".
S.Əsgərov sonda Azərbaycanda qadın futbolunu inkişaf etdirmək üçün fikirlər də söyləyib: "Əsas inkişaf klublardan başlayır. Yaxın bir neçə ildə qadın futbolu federasiya tərəfindən maaliyyəşdirildi. Son illərdə, şükürlər olsun, sevindirici haldır ki, bəzi klublarımız qadın futbolunu himayəsinə götürür. Hər zaman deyirəm, Premyer Liqadakı klublarımızın qadın komandası, onların aşağı yaş qrupları da olsa onda biz yaxın bir neçə ildə qadın futbolunda inkişaf görə bilərik".
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır