Medianın İnkişafı Agentliyinin layihəsi
Uşaqların fərd olaraq düzgün və sağlam inkişaf etməsi, daha sonra isə uğurlu bir idmançı kimi yetişməsi üçün məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətli şəkildə tədris olunması çox vacibdir. Bu, uşaqların orqanizminə müsbət təsir göstərir, onların nizam-intizamlı insan kimi böyüməsinə kömək edir.
Bəs Azərbaycan məktəblərində fiziki tərbiyə fənni necə tədris olunur?
Bu mövzuda Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, voleybol üzrə Respublika dərəcəli hakim Rüstəm Cəfərov suallarımızı cavablandırdı.
- Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Fiziki tərbiyə fənni yüksək səviyyədə tədris olunur. Amma elə məktəblər var ki, lazımi avadanlaqları yoxdur, onlar haqda nəsə deyə bilmərəm. Mən çalışdığım məktəbdə isə fiziki tərbiyə dərsləri üçün avadanlıqlar yüksək səviyyədədir.
- Bəs idman müəllimləri dərsləri necə aparır?
- “Kurrikulum” tədris proqramı olduğuna görə əksər hallarda dərsləri uşaqların istəyini nəzərə alaraq keçiririk. Həm mən, həm mənim həmkarlarım çalışırıq ki, dərsləri mükəmməl şəkildə idarə edək.
- Uşaqları əyləndirmək üçün, dərsləri daha maraqlı etmək üçün hansı addımlar atılır?
- Elə olur ki, uşaqların əylənməsi üçün mövzudan kənar çıxırıq. Şagirdlər, siniflər arasında bəzi oyunlar və yarışmalar təşkil olunur. Bunu edirik ki, həm onları həvəsləndirək, həm də dərsi maraqlı keçirək.
- Bəs ümumilikdə orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdirmi?
- Dediyim kimi, helə məktəblər var ki, zalı, stadionu yoxdur. Amma bizim zalımız, avadanlıqlarımız, kiçik də olsa, meydançamız var. Şükür ki, bizim şəraitimiz uşaqlar arasında yarışlar keçirmək üçün əlverişlidir. Hətta deyərdim ki, mükəmməldir.
- Bu gün orta məktəblərdə, uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə maraq hansı səviyyədədir?
- Bədən tərbiyəsinə maraq çox yüksəkdir. Uşaqlar tərəfdən də, valideyn tərəfdən də. Bəzən valideyn uşağını hansısa idmana yönləndirmək üçün kömək istəyir. Ona da biz idman müəllimi olaraq istiqamət veririk. Onların gələcəkləri, sağlamlığı, əzələ və sümüklərin formalaşması üçün faydalı olan məsləhətləri veririk. Hər uşaq üçün nə daha faydalı olarsa, ora yönləndiririk. Uşaqlarla da danışırıq, valideynlərlə də.
- Dərs keçdiyiniz, gördüyünüz uşaqlar arasında, yəqin ki, istedadlı uşaqlar çoxdur. Onlar daha çox hansı idman növünə maraq göstərirlər?
- Orta siniflərdə əksər uşaqların marağı futbola olur. Boks, cüdo, güləş, sambo kimi idman növləri olsa da, uşaqlar ən çox futbola önəm verirlər. Sosial şəbəkələrdə və ya xəbərlərdə tanınmış futbolçulara baxıb həvəslənirlər. Ona görə də futbola daha çox maraq göstərilir.
- Bəs qızlar hansı idman növünü sevirlər?
- Mən deyərdim ki, qızların da futbola marağı var. Qeyd etdiyim kimi, dərslərdə mövzudan kənar futbol oyunu verəndə elə olur ki, qızlarda oyuna qatılmaq istəklərini bildirirlər. Biz isə etiraz etmirik. İstəyi varsa, bəlkə də təhsildə alınmasa, idman sahəsində keyfiyyətli nəticə əldə edərlər.
Şagirdlər bilirlər ki, mən Respublika dərəcəli voleybol hakimi olduğu üçün bu idman sahəsinin içindəyəm. Ona görə voleybola da maraq göstərən qızlar var. Məktəblərarası yarışlar keçirəndə qızlar üçün basketbolu da əlavə edirlər. Yəni, qızlar da istənilən idman növünə maraq göstərirlər. Hətta bir qız güləşlə məşğul olur.
- Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır?
- Daha yaxşı olar ki, hər bir məktəb idman avadanlıqları ilə təmin olunsun. Məktəblərə avdanlıqlar vaxtında və sağlam şəkildə çatdırılsa, istənilən idman növünü yüksək səviyyəyə qaldırmaq olar. Biri var, uşaq idman avadanlıqları ilə məşq edir, biri də var hansısa digər əlavə əşyalardan istifadə edir. Avadanlıq olanda dərsləri daha da professional şəkildə keçirmək olar.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı
Lyakazett də ərəb klubuna keçdi
Van Bronxorst rəsmən “Liverpul”da
Ciro İmmobile "Beşiktaş"dan ayrıldı
"Atletiko"dan 45 milyon avroluq transfer
"Qarabağ" Maksim Medvedevin təyinatını açıqladı
"Bayer"in yeni ev formaları - Şəkillər
"Sabah"ın Çempionlar Liasındakı rəqibləri müəyyənləşdi
İlk peşəkar müqaviləsini “Zirə” ilə bağladı
"Sabah"ın rəqibindən növbəti transfer
PFL 17 yaşında
Mirabdulla Abbasov Qırğızıstan klubunda
"Liverpul"dan "Bavariya"ya rədd cavabı
"Neftçi" "Araz-Naxçıvan"ın futbolçusunu transfer etdi
Azərbaycan klubu AFFA və PFL-ə müraciət etdi
Qyökereşin yeni klubu məlum oldu
"Qarabağ" Avstriyaya yollandı - Şəkillər
"Barselona" evdə bu formalarla oynayacaq - Şəkillər
Azərbaycanın 2 boksçusu Dünya kubokunun 1/4 finalında
"Araz-Naxçıvan"ın rəqibi daha bir qapıçı aldı
"Real" - "Yuventus" matçından - Video
Klublararası dünya çempionatı - 1/4 finalın təqvimi
"Real" "Yuventus"a qalib gəlib 1/4 finala yüksəldi
"Beşiktaş" Abrahamın transferini açıqladı
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer