"Barselona"nın 2019-cu ildə Antuan Qrizmannı"Atletiko"dan transfer etməsi ilə bağlı şübhəli detallar ortaya çıxıb.
QOL.az xəbər verir ki, bu barədə ilə "El Mundo" məlumat yayıb.
Bildirilir ki, Xosep Bartomeunun prezidentliyi dövründə "Barselona"nın transfer ödənişlərini araşdıran hakim Antuan Qrizmannın müqaviləsinin də bu işə daxil edilməsinə qərar verib .
O, Kataloniya təmsilçisinin "Atletiko"nun icazəsi olmadan futbolçu ilə birbaşa danışıqlara qoyulan qadağanı pozduğundan şübhələnir. Bu nəticə gizli danışıqlar zamanı göndərilən elektron məktublara əsaslanır. Yuxarıda qeyd olunan qadağa yalnız oyunçunun müqaviləsinin bitməsinə 6 aydan az vaxt qaldıqda aradan qalxır.
Hakim qeyd edib ki, Madrid klubu 2019-cu ilin fevral-mart ayları arasında “Barselona”nın Qrizmannla danışıqlarına görə İspaniya Kral Futbol Federasiyasına (RFEF) müraciət edib. Lakin o vaxt “Barselona”nın belə bir hüququ yox idi.
"RFEF-in mümkün sanksiyalarından qaçmaq üçün istintaq altında olan şəxslərin "Atletiko" ilə birbaşa danışıqlar apardıqları və proses üçün sübut təqdim edilməməsi müqabilində 15 milyon avro ödənilməsini nəzərdə tutan razılaşma əldə etdikləri iddia edilir" deyə məhkəmə qərarında bildirilib.
Qeyd edək ki, fransalı forvard 2019-2022-ci ildə müqavilə ilə "Barselona"ya məxsus olub. O, 2022-ci ildə yenidən "Atletiko"ya qayıdıb.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video