İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri UEFA Çempionlar Liqasının 3-cü turunda “Qarabağ”la oyun öncəsi “Atletik”ə yazı həsr edib. Oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
QOL.az-ın xəbərinə görə, yazıda bildiirilir ki, “Atletik” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra həm La Liqada, həm də Avropada vacib oyunlara çıxacaq. Komanda bazar günü bu mövsümün sürpriz komandaları ilə qarşılaşacaq: La Liqada səfərdə “Elçe”nin qonağı olacaq, çərşənbə günü isə “San Mames”də Azərbaycan təmsilçisi “Qarabağ”la görüşəcək.
Qeyd edilir ki, “Malyorka” üzərində qazanılan qələbə “Atletik”də vəziyyəti bir qədər sabitləşdirsə də, indi yenidən gərgin təqvim başlayır. Ernesto Valverdenin komandası həm daxili çempionatda, həm də Çempionlar Liqasında inamlı nəticə üçün mübarizə aparacaq.
“Bilbaolular Avropa turnirinə uğursuz start veriblər – ilk iki oyundan sonra aktivlərində xal yoxdur. Bu səbəbdən “Qarabağ”la oyun komanda üçün həyati əhəmiyyət daşıyır. Uğursuz nəticə “Atletik”in “ilk 24-lük” şanslarını xeyli azaldacaq. Bununla belə, Valverdenin futbolçuları üçün bu, ev oyunudur və rəqib nisbətən zəif çempionat təmsilçisidir.

Azərbaycan klubu isə hazırda Çempionlar Liqasında möhtəşəm çıxış edir. Qurban Qurbanovun komandası iki turdan sonra maksimum – 6 xal toplayıb. “Qarabağ” ilk oyunda səfərdə “Benfika”nı 0:2 hesabı ilə geridə olduğu vəziyyətdə 3:2 məğlub edib, daha sonra isə evdə “Kopenhagen”ə 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, onlar pley-off mərhələsinə yüksəlmək yolunda böyük addım atıblar”.
Bildirilir ki, buna qədər “Atletik”i İspaniya çempionatında çətin səfər oyunu gözləyir. Yenidən La Liqaya yüksəlmiş “Elçe” baş məşqçi Eder Sarabianın rəhbərliyi altında gözəl oyun tərzi ilə diqqət çəkir. Komanda 13 xalla 7-ci yerdə qərarlaşıb və “Atletik”lə eyni xala malikdir. Fasilədən əvvəl “Elçe” “Alaves”ə uduzsa da, evdə keçirdiyi dörd oyunun üçündə qələbə qazanıb – “Levante” (2:0), “Real Oviedo” (1:0) və “Selta” (2:1).
“Malyorka” üzərində qələbə “Atletik”də psixoloji durumu yaxşılaşdırsa da, Valverde hələ də zədələr səbəbindən seçim baxımından məhdudiyyətlə üzləşir. Sanset, İnyaki Uilyams, Berenguer və Vesqa zədədən yeni qayıdıblar, Niko Uilyams və Paredes isə tam hazır deyil. Baş məşqçi fasilə dövründə yüklənməni tənzimləyib, lakin bu futbolçuların ardıcıl iki matçda oynaması ehtimalı azdır.
Milli komandalarla çıxış edən oyunçulardan yalnız qapıçı Unai Simon tam 180 dəqiqə oynayıb. Laporte cəmi 90, Vivian isə 19 dəqiqə meydanda olub”.
Qəzet diqqəti həm də ona çəkir ki, “Qarabağ” bu gün Azərbaycan Premyer Liqasında növbəti matçını keçirəcək. Komanda “Turan Tovuz”un qonağı olacaq. Bu səbəbdən onlar “San Mames”dəki oyuna “Atletik”dən təxminən 48 saat artıq hazırlıq vaxtına sahib olacaqlar.
Milli fasilədən sonra “Atletik”i sıx təqvim gözləyir. Komanda yeddi gün ərzində üç oyun keçirəcək: “Elçe” (19 oktyabr), “Qarabağ” (22 oktyabr) və “Getafe” (25 oktyabr). Növbəti matçlar isə “Real Sosyedad” (1 noyabr), “Nyukasl” (5 noyabr) və “Real Oviedo” (9 noyabr) ilə olacaq.
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Çempionlar Liqasında 4-cü tur başlayır
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər