Azərbaycanın futbol üzrə milli komandasının hücumçusu Mahir Emreli hazırda klubu "Kayzerslutern"də heç də yaxşı günlər keçirmir. 28 yaşlı futbolçunun adı 2-ci bundesliqanın son 5 oyununda bir dəfə də olsun sifariş ərizəsinə salınmayıb.
QOL.az xəbər verir ki, Emreli özü də İnstagram səhifəsindəki son paylaşımında indi onun üçün asan dövr olmadığını yazıb. O, alman komandasında oynaya bilməməsinə görə məsuliyyəti klubun üzərinə atıb:
"Hazırda mənim üçün asan dövr deyil və hər şey olmalı olduğu kimi getmir…Klubumda məndən asılı olmayan səbəblərdən son zamanlarda oynamıram. Bu da milli komandada oyunuma öz təsirini göstərir. Amma heç vaxt ruhdan düşmürəm. Səbrimlə, inamımla, məşqlərimlə öz işimə köklənirəm. Bu yolda mənə ən böyük dayaq, milli komandam, baş məşqçimizin etimadı və dəstəyi oldu".
Almaniya mətbuatı diqqət Mahirin Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinin Ukraynaya qarşı son matçdan sonrakı açıqlamasına yönəldir. O, həmin açıqlamada deyir ki, "Kayzerslautern" klubunun idman direktoru və prezidenti Almaniyaya qayıtdıqdan sonra mənə görüş vəd ediblər: "Orada, yəqin ki, heyətdən kənarlaşdırılmağımın səbəbini öyrənəcəyəm. Klubda xoşuma gəlməyən hadisələr baş verirdi. Komandadakı kimlərləsə münasibətlərimin pozulduğuna dair şayiələr gəzirdi. Lakin bu, yalandır. Mən həqiqətən də heç bir pis hərəkət etməmişəm. Almaniyaya qayıtdıqdan sonra problemin səbəbini aydınlaşdıracağıq".
Almaniyanın sport1.de saytının yazdığına görə, Emrelinin İnstagramda "Kayzerslautern"lə bağlı son və daha əvvəlki paylaşımları klub rəhbərliyinin xoşuna gəlməyib. Məlumata görə, rəhbərlik hücumçunun davranışından narazıdır. Bildirilir ki, Emrelinin İnstagramdakı paylaşımları artıq uzun müddətdir klub daxilində müzakirə olunur.
"Aydındır ki, Emrelinin "Kayzerslautern"dəki vəziyyəti yaxşı deyil. Onun idman baxımından perspektivləri demək olar ki, yoxdur və ictimai açıqlamaları klubda ona dost qazandırmayıb" - deyə sayt yazır.
Həmçinin bildirilir ki, Mahirin qışda klubdan ayrılacağı istisna olunmur. "Hengen, Klos (klub rəhbərliyi - red.) və Liberknext (baş məşqçi) hadisələrin gedişatını nə qədər izləyəcək, bunu zaman göstərəcək. Lakin klubda səbr, görünür, tükənmək üzrədir" - deyə sayt bildirir.
Xatırladaq ki, M.Emreli "Kayzerslautern"ə bu yay transfer olunub və klubla 3 illik müqavilə imzalayıb. O, bu mövsüm 2-ci bundesliqada cəmi 3 oyunda meydana çıxıb.
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu
Braziliya klubunun avtobusunda 86,5 kq marixuana aşkarlandı
"Şəfa" braziliyalı hücumçu transfer etdi
"Real"ın çəhrayı formaları - Şəkillər
“Roma” Argentina millisinin üzvünü transfer etdi
Rulli “Mançester Siti”yə qayıtdı
"Yavaş-yavaş səbrim tükənir" - Qurban Qurbanov
“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da
"Çelsi"də yeni müdafiəçi - Rəsmi
“Arzularımızın çoxu puç oldu”
"Şəfa"dan daha 4 transfer
"Oyunumuz çox bərbad idi" - "Orhus"un futbolçusu
Luis Enrike: "İndi hamı bizi favorit hesab edir"
Bu qələbə ilə "Sabah"a rəqib oldular - Video
"Qarabağ"la oyuna "Tərəkəmə"nin sədası ilə gəldilər - Video
Argentina millisinin üzvü "Bayer"də
Aleksis Sançesin transferi açıqlandı
“Sabah”ın potensial rəqiblərinin oyununda qalmaqal - Video