“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Julio Romao QOL.az saytının suallarını cavablandırıb. Son dövlər parlaq oyunu ilə yadda qalan futbolçu ona gələn təkliflərdən, “Qarabağ”dakı gələcək taleyindən, Avropa Liqasındakı mübarizələrindən və digər məsələlərdən danışıb.
- Qış fasiləsi zamanı yəqin ki, qısa da olsa dincəlmək imkanınız oldu. İstirahəti necə və harada keçirdiniz? Yorğunluğu çıxara bildiniz?
- Doğrudur, qış fasiləsi o qədər də uzun olmadı. Amma buna baxmayaraq, dincələ bildik. Sıx qrafiklə oyunlardan sonra istirahətin tam məqamı idi. Demək olar ki, istirahət vaxtı Portuqaliyada oldum. Ailəmlə vaxt keçirdim. Tam istirahətə fokuslandım. Fasilədən maksimum istifadə etdim.
- İki ilə yaxındır “Qarabağ”dasınız. Bu komanda sizə futbolda nə verdi?
- Ümumiyyətlə, “Qarabağ” mənim həyatımı dəyişdi. Çünki həyatda ən çox sevdiyim şey futbol oynamaq və futbolda özünü önəmli hiss etməkdir. Mən də məhz “Qarabağ”da o sevinci, xoşbəxtliyi hiss etməyə başladım. Təbii ki, bütün bunlar “Qarabağ”ın mənə verdikləridir.

- Braziliyalı bir çox futbolçu Azərbaycanda uzun illər oynayıb. Yəqin ki, Azərbaycan mentaliteti sizin üçün də çox çətinlik yaratmayıb.
- Azərbaycanda məni yaxşı qarşıladılar. Əllərindən gələni etdilər ki, biz uyğunlaşmaqda çətinlik çəkməyək. Siz dediyiniz kimi, bizdə bu sarıdan çox da çətinlik olmur. Fikir versəniz, görərsiniz ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada braziliyalı futbolçu olmasın. Biz braziliyalıların istənilən mühitə, mentalitetə tez adaptasiya olmaq kimi bir xarakteri var. Bu da bizim mədəniyyətimizlə bağlıdır ki, istənilən yerə asanlıqla uyğunlaşa bilirik. Azərbaycan da istisna deyil. Həm biz yaxşı uyğunlaşdıq, həm də “Qarabağ”da əllərindən gələni etdilər ki, çətinlik çəkməyək.
- Qurban Qurbanovla çalışmaq necədir? Rahat və çətin tərəfləri varmı?
- Qurban Qurbanov kimi məşqçi ilə çalışmaq çox xoşdur. O, həmişə bizdən xarakterli olmağımızı, daha əzmkar oyun nümayiş etdirməyimizi istəyir. Əgər istənilən futbolçu xarakter göstərə bilirsə, baş məşqçinin ondan istədiyini verə bilirsə, onun üçün Qurban Qurbanovun rəhbərliyi altında oynamaq bir zövqdür. Bu baxımdan mən də çalışıram ki, baş məşqçinin məndən istədiklərini maksimum şəkildə yerinə yetirim.
- Amma qayda pozuntularına çox yol verirsiniz. Avropa Liqasının qrup mərhələsində ən çox kobudluğa yol verən futbolçulardansınız. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Oynadığım mövqe elədir ki, daha çox fərdi mübarizələrə girməli oluram. İstənilən halda bunlar mənə bəraət qazandırmır. Razıyam ki, qayda pozuntularına çox yol verirəm. Bu, həm mənim, həm də komandamın oyununa təsirsiz ötüşmür. Ona görə də çalışmalıyam ki, mümkün qədər az qayda pozuntusuna yol verim.

- Portuqaliyada yaşamış və oynamış bir futbolçu kimi Avropa Liqasının pley-off mərhələsindəki rəqibiniz “Braqa” haqda nə deyə bilərsiniz? “Qarabağ” bu rəqibi keçə bilər?
- “Braqa”nı çox səviyyəli komanda kimi qeyd edərdim. Topla davranışları, topa sahib olmaları çox yaxşıdır. Digər tərəfdən, həddən artıq hücumameyilli komandadır. Əsas diqqəti hücuma verirlər. Bununla belə, bizim də yaxşı komanda olduğumuzu düşünürəm. Biz onlara qarşı həddən artıq diqqətli və konsentrasiyalı olmalıyıq. Yaxşı nəticə qazanmaq məhz bundan çox asılı olacaq. Əgər onlara qarşı meydanda təmkin və diqqət nümayiş etdirə bilsək, təbii ki, qalib gələ bilərik.
- Avropa Liqasındakı parlaq oyunlardan sonra sizə xarici klublardan təkliflər gəldiyi bildirilir.
- Doğrudur, təkliflər almışdım. Amma çıxışımı öz komandamda davam etdirdiyim üçün bunlar haqda danışmaq istəmirəm.
- Qışda, ən geci yayda “Ferentsvaroş”a keçəcəyiniz haqda xəbərlər də yayılıb. Macarıstan klubunun yüksək maaş təklif etdiyi bildirilir. Mövsümün sonunda “Qarabağ”ı tərk edəcəksiniz? Ümumiyyətlə, gələcək planlarınız nədir? “Qarabağ”dan yaxın gələcəkdə sizi nə ayıra bilər?
- Bu məsələ ilə bağlı çox uzun danışmaq istəmirəm. Mənim gələcəyim “Qarabağ”la bağlıdır. Çünki klubumla müqaviləm var. Mən yalnız bunun haqqında düşünürəm, yalnız buna köklənmişəm. Başqa digər məsələlərə diqqətimi və vaxtımı ayırmaq istəmirəm.
Ramiq Ağaməmmədov
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi
ÇL-in oyunları bu kanallarda
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
"Rəhim Həsənov buna nə açıqlama verəcək?" - Əfran İsmayılov
“Neftçi” rekordunu yenilədi
“Gəncədə “Kəpəz”lə nəfəs alırlar” - Azər Məmmədov
“Qarabağ” son 11 ildə belə seriya ilə üzləşməmişdi
İtaliya klubunda yeni baş məşqçi
“Vikinq” – “Sabah” oyununa bütün biletlər satılıb
Mahir penalti qazandırdı və qol ötürməsi etdi - Video
“Traktor”dan ÇL-də növbəti heç-heçə
Superliqada 10-cu tura darmadağınla yekun vuruldu
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi