Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Çexiyada "Viktoriya"nın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Viktoriya" xallarının sayını 12-yə çatdırıb və 1/8 finala vəsiqəni təmin edib.
Mahir də bu oyunun iştirakçısı olub. O, start heyədə meydana çıxıb və 46-cı dəqiqədə Sandro Kulenoviç ilə əvəzlənib.
Qrupun digər matçında isə "Astana" "Balkani" ilə heç-heçə edib - 0:0.
Konfrans Liqası, qrup mərhələsi, 4-cü tur
"Viktoriya" (Plzen, Çexiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Tomas Çori, 35-pen.
"Astana" (Qazaxıstan) - "Balkani" (Kosovo) - 0:0
Xallar: "Viktoriya" - 12, "Astana" - 4, "Balkani" - 4, "Dinamo" - 3.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”