"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az E.Quliyevin müsahibəsini təqdim edir:
- İkinci dövrənin açılış matçında komandanız “Qarabağ”la heç-heçə etdi. Qarşılaşma barədə fikirləriniz necədir?
- Gözəl bir oyun oldu. İşıqlandırmadan sonra Tovuz şəhərində keçirilən ilk görüş idi. "Qarabağ" çox güclü, Avropada öz sözünü demiş komandadır. Bu cür rəqibə qarşı qarşı belə bir oyun oynamaq bizi qürurlandırdı. Azarkeşlərimizə belə bir gözəl oyun bəxş etdiyimiz üçün daha çox sevinirik. "Qarabağ"a qarşı bərabərlik önəmlidir. Amma ən önəmli olanı belə gözəl oyun ilə heç-heçəyə nail olmaqdır. Ona görə sevincliyik.
- Rəqib 90-cı dəqiqədə hesabda önə keçəndən sonra xal qazanmaqdan ümidinizi üzdünüz?
- Biz komandamıza həmişə güvənirik. Hakimin final fitinə qədər ümidimizi üzmürük. Komandamız istər zəif, istərsə də güclü oynasa da, bu inam dəyişmir. Biz rəhbərlik olmaqla yanaşı, "Turan Tovuz"un azarkeşiyik.
- Hesaba alınmayan qolla bağlı fikirləriniz necədir?
- Məncə, qol idi. Hakimin idarəçiliyi barədə nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, bu epizod qol idi. Siz bunu daha yaxşı qiymətləndirə bilərsiniz. Belə komandaları motivasiyadan salmağa ehtiyac yoxdur. "Qarabağ"ın isə ümumiyyətlə, belə bir şeyə ehtiyacı yoxdur. Hakimlər bir az diqqətli olsalar, daha yaxşı olar.
- “Huner Group”un Tovuz stadionunda gördüyü işlər göz önündədir. Mövsüm ərzində daha hansı dəyişikliklər gözlənilir?
- Çox çətin sualdır. İşıqlandırma qurmasaq, akademiya binası tikməsəydik, 3-5 yaxşı oyunçu ala bilərdik. Hətta UEFA Konfrans Liqasına belə gedə bilərdik. Tovuz şəhəri, azarkeşlər axşam radələrində belə işıqlandırmada oyun izləməyə layiqdir. Ona görə də infrastrukturu həll etmədən oyunçular almaq ötəri nailiyyətdir. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı danışıqlar gedir. Bununla bağlı AFFA-ya müraciət etmişik. Dəstək olsalar, məbləğin 50 faizini AFFA qarşılasa, ot örtüyünü dəyişəcəyik. Bu, tək bizim məsələmiz yox, Azərbaycan futbolunun adına olan bir məsələdir. Digər komandalar burada oynayaraq zədələnə bilirlər. Ağdam təmsilçisinin Avropada çox böyük nailiyyətləri var.
- “Turan Tovuz”un səfərdə daha yaxşı oynamasının süni ot örtüyü ilə əlaqələndirilməsi fikri ilə razısız?
- Əlbəttə, yüz faiz belədir. Süni ot örtüyündə hər oyunçu oynamır. Texniki oyunçular gətirmişik. Səfərdə oyunlara görə turnir cədvəlinin üst pillələrindəyik. Ev oyunlarında isə bu nəticə ilə sonuncuyuq. Ötən il də belə idi. Dəyişən heç nə olmayıb. Ot örtüyü təbii ilə əvəzlənməsə, heç nə dəyişməyəcək.
- AFFA-dan bununla bağlı müraciətiniz nə cavab gəlib?
- Danışıqlarımız gedir. Onları da anlayışla qarşılayırıq. Amma rica etmişik. İsrarla fikirlərimizi onlara çatdırırıq. Tovuz şəhərinin yaxınlığında, 1-2 kilometr şəhərdən məsafədə ərazi almışıq. Aşağı yaş qrupu üzrə komandalarımız oyunlarımı orada keçirəcək.
- Marketinq layihələrindən “Turan Tovuz” gəlir götürə bilir?
- Gəlirimiz çox azdır. Gözlədiyimizin 20 faizi dəyərində məbləğ qazanılır. Uşaq futbolunu dəstəkləmək üçün azyaşlı azarkeşlərin stadiona girişini ödənişsiz etmişik. Onlar bizim gələcək azarkeşlərimizdir. Biletin qiymətləri isə baha deyil, 2 manatdır. Turniketimiz yoxdur. Ona görə bəzən nəzarət etmək çətin olur. Bunlar isə zamanla düzələcək.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?