Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da meydana çıxıb. Ağdam klubu Bakıda Finlandiya HİK-ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Qarabağ"ın Finlandiya təmsilçiləri ilə üçüncü qarşılaşması olub.
Xatırladaq ki, "Qarabağ" bunadək iki dəfə Avropa kuboklarında Finlandiya klubları ilə qarşılaşıb. 1996/1997-ci illər mövsümündə (UEFA Kuboklar Kuboku) "Müpa-47" komandası ilə görüşən Ağdam təmsilçisi Bakıda 0:1 hesabı ilə uduzub, cavab oyununun əsas vaxtında isə qalib gəlib (1:0). Amma əlavə vaxtda - 119-cu dəqiqədə "Qarabağ" qol buraxaraq (1:1) mübarizəni dayandırıb.
2009-cu ildə "Qarabağ" Finlandiyanın "Honka" komandası ilə qarşılaşıb və hər iki oyunda qalib gələrək (səfərdə 1:0, evdə 2:1) Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ" ilə HİK arasında cavab matçı avqustun 17-də keçiriləcək.
10 avqust
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
20:00. “Qarabağ” – HİK (Finlandiya) - 2:1
Qollar: Leandro Andrade, 55 (1:0), Antoni Olusanya, 77 (1:1), Juninyo, 85 (2:1)
Qeydə alınmayan qol: Marko Yankoviç, 4 (VAR)
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır