"Bu gün Premyer Liqada baş məşqçi kimi debütum idi. "Neftçi" kimi komanda ilə oynayırdıq. "Kəpəz" tarixinə görə "Neftçi"dən geri qalmır. Mənim üçün sınaq idi. Qələbə qazandığımız üçün sevincliyik. Amma hər şeyə rəğmən, daha çox işləməliyik. Çatışmazlıqlar var. Bir neçə transfer etməyi düşünürük. Onları edəndən sonra daha yaxşı olacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının birinci turunun "Neftçi" (1:0) ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, "Kəpəz"in baş məşqçisi olduğu üçün şad olduğunu bildirib: "Kəpəz"in baş məşqçisi olmaq adi bir şey deyil. Sevinirəm ki, burdayam. Hələ böyük iş görməmişik. Bundan sonra 35 oyun var. Çempionat uzun marafondur. Ağrılı, sevincli günlərimiz olacaq. "Neftçi"ni udsaq da, böyük bir iş görməmişik".
A.Məmmədov bildirib ki, hazırda danışıqlar apardıqları futbolçular var: "Çox futbolçu ilə danışırıq. Köhnə Yuqoslaviyadan, Niderlanddan olan oyunçularla danışıqlar gedir. Gəncə böyük şəhər olsa da, bura region kimi baxırlar. Çoxu Bakını istəyir. Maliyyə gücümüz də o qədər çox deyil. Bakıya 5-ə gəlirlərsə, bizdən daha artığını istəyirlər. Bəzilərinin ailəsi bura gəlməyə razılaşmır. Amma çalışırıq ki, yaxın zamanda ən azı üç transfer edək. Hələ ki, heç kimlə razılaşmamışıq".
O, Zamiq Əliyev və Bəxtiyar Həsənalızadənin komandanı tərk etməsinə belə münasibət bildirib: "Bəxtiyar milli üzvüdür, yaxşı, artıq maaş istəyirdi. Onunla "Zirə"də işlədiyim vaxtdan tanışıq. Mənə görə "Kəpəz"də oynamağa razılıq vermişdi. Xahiş etdi müqaviləyə bənd salaq ki, xaricdən təklif gəlsə, gedişinə icazə verilsin. Bu, təbii haldır. Təklif oldu və həmin bənddən yararlandı. Başqa futbolçuların müqaviləsində belə bənd yoxdur".
Baş məşqçi "Kəpəz"in autsayder kimi görülməsi fikri ilə razılaşıb: "Razıyam ki, "Kəpəz"i autsayder hesab edirlər. Bu oyundan sonra bizi sayacaqlar. Amma rəqiblər "Kəpəz"ə həmişə ciddi yanaşıblar. Bu gündən sonra isə daha ciddi hesab edəcəklər. "Neftçi" üç gün əvvəl ağır oyun oynamışdı. Fürsətdən istifadə edib onları məğlub edə bildik. Bundan sonra bizim üçün ağır olacaq".
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”