Bəxtiyar Həsənalızadə Türkiyə klubu ilə müqavilə imzaladı

Bəxtiyar Həsənalızadə Türkiyə klubu ilə müqavilə imzaladı
ÖLKƏ FUTBOLU 4 Avqust 2023 / 22:23 4063
-  A +

“Kəpəz”dən ayrılan Bəxtiyar Həsənalızadə Türkiyənin "Tuzlaspor" klubun transfer olunub.

Bu barədə Qol.az-a Azərbaycan millisinin üzvünün özü məlumat verib. O, yeni klubu ilə 2 illik müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, "Tuzlaspor" Türkiyə 1-ci liqasında mübarizə aparır.

Xatırladaq ki, B.Həsənalızadə iyulun 25-i "Kəpəz"ə keçmişdi.Onunla klub arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya dünən qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner