Ağdam təmsilçisi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda uduzub.
Polşada “Rakov”a məğlubiyyət, əlbəttə, çox adamı məyus edib. Çünki “Qarabağ” bu oyunda ən pis halda heç-heçə etməli idi. Amma ən çox qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvləri komandanın uduzması ilə nəticələndi. Bəli, “Qarabağ” uduzub (2:3), amma faciə ki baş verməyib.
İlk matçdakı uğursuzluğun səbəblərini baş məşqçi Qurban Qurbanovun lazımi şəkildə analiz etdiyi, futbolçularının səhvləri ilə bağlı növbəti görüşdə ölçü götürəcəyi şübhə doğurmamalıdır.
“Qarabağ” bugün üçün rəqibdən cəmi 1 top fərqli ilə geridədir. Deməli, Bakıda keçiriləcək cavab görüşündə mərhələ adlamağa ümid böyükdür. Amma təəssüf ki, satılan bilet sayı oyuna hələlik çox marağın olmadığını göstərir. “Qarabağ” dünən elan etdi ki, görüşə 15 min bilet satılıb. Halbuki əvvəlki təcrübələrdən çıxış edərək demək olar ki, bu say indikindən iki dəfə artıq da ola bilərdi.
Unutmayaq ki, ötən ilin yayında da “Qarabağ” səfərdə Polşa çempionuna (“Lex”ə) 0:1 hesabı ilə uduzmuşdu, Bakıdakı cavab matçında isə 5:1 hesablı qələbə qazanmışdı.
Bəs bu dəfə azarkeşlərə nə mane olur? “Qarabağ”ın məhz bu gün azarkeş dəstəyinə ehtiyacı var. Futbolda qələbə ilə məğlubiyyət həmişə qoşa addımlayıb.
Deməli, ilk matçdakı məğlubiyyətə görə haqlı olaraq hansısa məyusluq, inciliklik varsa belə, artıq onları aradan götürmək, komandayla bir olmaq lazımdır. Çünki “Qarabağ”ın azarkeş dəstəyinə ən çox ehtiyac duyduğu zaman məhz indidir. “Rakov”un 5 min azarkeşi komandalarına stadionda elə dəstək oldular ki, futbolçuları sonadək əzmlə mübarizə aparıb qalib gəldilər. Qələbə həm də fanatların dəstəyinin nəticəsində mümkün olmuşdu.
İndi cavab matçında da “Qarabağ”ın ən çox ehtiyac duyduğu məhz budur: azarkeşinin mənən onunla birgə olması, stadiona gəlib, “Qarabağ”ına dəstək verməsi. Necə ki, bunu azarkeşləri həmişə ediblər. İnanmaq istərdik ki, bu dəfə də azarkeşlər tribunaları coşduracaqlar.
Və məhz bunun - azarkeşdən alacağı böyük dəstəyin sayəsində komanda növbəti mərhələyə yüksələ bilər…
ELNUR
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?