Azərbaycan millisinin futbolçusu, "Kəpəz"in yeni transferi Bəxtiyar Həsənalızadə klubun mətbuat xidmətinə açıqlama verib.
Qol.az xəbər verir ki, o, Gəncə təmsilçisinə keçidinin səbəbini də açıqlayıb: "Azərbaycandan bir neçə komandadan təkliflər gəlmişdi. Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz "Kəpəz"dir. Ona görə də "Kəpəz"i seçdim".
30 yaşlı müdafiəçi "Kəpəz"də yaxşı kollektiv qurulduğunu deyib: "Komandada mehribanlıq var. Yaxşı kollektiv qurulub. Əlimdən gələni edəcəyəm ki, komandaya xeyir verim".
B. Həsənalızadə sonda "Kəpəz"in azarkeşlərindən də danışıb: ""Kəpəz" azarkeşləri sayılıb-seçilən fanatlardır. Bunu hamı bilir. Hər oyunda kifayət qədər azarkeş olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq".
Oyunçu komanda yoldaşları ilə rəqabət aparmağın və əsas heyətdə yer almağın çətin olacağını da bildirib: "Düşünürəm ki, çox çətin olacaq. Oturuşmuş heyət var. Təcrübəli futbolçumuz Vurğun Hüseynovla şəxsi münasibətim də var. O, əsas heyətdədir. Komandadan bir az geri qalmışam. Toplanışlarda iştirak edə bilmədim. Amma hər bir mövqedə mübarizənin olmağı daha yaxşıdır. Çünki mövsüm ərzində biri zədə alır, tez-tez dəyişikliklər baş verir. Ümid edirəm ki, əsas heyətə düşə biləcəyəm".
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər