Medianın İnkişafı Agentliyinin layihəsi
AFFA-nın İcraiyyə Komitəsinin iyun ayında keçirilən iclasında Azərbaycanda daha bir futbol liqasının yaradılması barədə qərar qəbul olundu. Premyer Liqada mübarizə aparan klubların əvəzedici komandalarının çempionatı birinci diviziondan ayrıldı və 2-ci liqa təsis olundu.
2023/24 mövsümündə 2-ci liqada “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandalarının iştirak etməsi nəzərdə tutulub.
Bəs 2-ci liqanın təşkili ideyası necə yaranıb? Bu çempionat futbolumuz üçün hansı əhəmiyyəti daşıyır? Orada mübarizə aparacaq klubların infrastruktur və maliyyə durumu necədir?
Budəfəki mövzumuzla əlaqədar suallara cavab tapmaq üçün Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasovla söhbətləşdik.
E.Abbasov Azərbaycan çempionatlarında daha çox komandanın mübarizə aparması üçün 2-ci liqanın yaradıldığını qeyd etdi: “Sevindirici haldır ki, 2-ci liqanın yaradılması futbol ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı. Çünki istənilən halda Azərbaycanda klub sayının az olması həmişə müzakirə mövzularından biri olub. Bu il ümumilikdə çempionatlarda 32 komandanın iştirak etməsi nəzərdə tutulub. 2-ci liqa yenidir. Hal-hazırda PFL namizəd klublarla daim əlaqədədir. İş birliyimiz var. Bilirik ki, onlar bu sahədə tam peşəkar olmasalar da, peşəkarlıq yolunda ilk addımlarını atırlar. Meydana çıxan problemlərin həllini birgə araşdırırıq”.

Elgiz Abbasov
Həmsöhbətimiz 2-ci liqanın yaradılmasının əhəmiyyətini belə izah edib: “Bu, çox böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, Azərbaycanda son illərdə Premyer Liqa və birinci divizion var idi, futbol coğrafiyası bununla yekunlaşırdı. 2-ci liqada Azərbaycanın demək olar ki, əksər bölgələrindən komandalar mübarizə aparacaqlar. Bu, futbol coğrafiyasının genişlənməsi deməkdir. Həmçinin çempionata xüsusilə bölgə komandalarının cəlb olunması orada futbolun kütləviliyi, eyni zamanda gənclər arasında sağlam həyat tərzinin tətbiqi ilə bağlı önəmlidir. 2-ci liqa həm də yeni iş yerləri deməkdir. Həm məşqçilər, həm futbolçular, həm kluba aidiyyatı olan şəxslər buradan qazanc əldə edə biləcəklər, müsbət mühit formalaşmış olacaq. Harada idman varsa, orada müsbət mühit var. Biz Azərbaycan vətəndaşları arasında sağlam həyat tərzinin təbliği, futbol coğrafiyasının genişlənməsi və futbolun kütləviləşməsi baxımından ilk addımları atmış olduq”.
O qeyd edib ki, klublar ifrastruktur ilə bağlı məsələləri tam təmin etmək üçün ciddi şəkildə çalışırlar: “Ümumilikdə infrastruktur, maliyyə və digər məsələlər baxımından deyə bilərəm ki, klubların bəziləri bu işə həqiqətən də çox ciddi yanaşırlar. Artıq bəzi klublarda infrastrukturla əlaqədar məsələlərin yekunlaşdırılması mərhələsi gedir. Bəzi komandalar isə bu məsələyə yeni start veriblər. Amma biz istənilən halda hər bir kluba bildirmişik ki, avqustun 1-dək onlara göndərilən tələblərin yerinə yetirilməsi və məlumat verilməsi vacibdir. Ondan sonra stadionlara baxış keçirəcəyik və yekun qərarımızı verəcəyik”.
E.Abbasov klubların AFFA-nın maliyyə təminatından əlavə olaraq yeni sponsorlar tapmasının vacibliyini də vurğulayıb: “AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə iştirakçı komandaların maliyyələşdirilməsi nəzərdə tutulub. Bu ildən idman prinsipləri də tətbiq olunacaq. Yəni, 2-ci liqada iştirak edən komandanın infrastruktur və digər lisenziyalaşma şərtlərinə cavab verəcəyi təqdirdə Birinci liqaya gəlməsi mümkündür. Bu, özü özlüyündə maliyyə artımı deməkdir. Yəni, 2-ci liqadan 1-ci liqaya yüksələn komanda daha çox maliyyə əldə etmiş olacaq. Bu, klub üçün stimul olmalıdır ki, 2-ci liqada çıxış etməsinə baxmayaraq, yeni maliyyə qaynaqları tapsın və daha yaxşı şərait formalaşdırsın, 1-ci liqaya vəsiqə qazansın. Biz bunu klubların diqqətinə çatdırmışıq. Bildirmişik ki, əlavə maliyyə dəyəri sizin rəqabət balansınızı daha da artırmış olacaq”.
PFL rəsmisi 2-ci liqanın 2023/24 mövsümünün test xarakterli olduğunu və bu çempionatın qarşıdakı illərdə də keçirilməsinin planlaşdırıldığını deyib: “2-ci liqanın daim keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, komandaların sayı nə qədər çox olarsa, futbolçuların sayı bir o qədər çox olar. Bununla da Azərbaycanda yeni futbolçuların meydana çıxmasına şərait yaratmış olarıq. Bu il 2-ci liqa bizim üçün testdir. Əlbəttə ki, çətinliklər olacaq, biz bunu bilirik. Çünki bəlkə də həmin futbolçular ilk dəfə peşəkar çempionatda yarışmağa başlayacaqlar. Bilirik ki, klubların müəyyən çatışmazlıqları var. Ümumiyyətlə, iş varsa, problemlər qaçılmazdır. Sadəcə olaraq problemləri görmək və növbəti mövsümədək aradan qaldırmaq vacibdir ki, eyni hallar təkrarlanmasın”.
E.Abbasov bölgələrimizdə futbola marağın çox olduğunu da bildirib: “Həqiqətən də çox yüksək maraq var, bunu həm həmin bölgələrə gedəndə, həm də bizə ünvanlanan müraciətlərdən çox aydın şəkildə hiss edirik”
Sonda. E.Abbasov 2-ci liqa ilə bağlı qarşıya qoyulan hədəflərdən də söz açıb: “Biz 2-ci liqanın adını yarıpeşəkar qoysaq da, oranın iştirakçılarına artıq peşəkar liqaya gələ biləcək komandalar kimi baxırıq. Biz buna peşəkar liqanın bünövrəsi kimi yanaşırıq. Hesab edirəm ki, klublar da buna müsbət yanaşacaqlar. İdman prinsipləri tətbiq olunur. Region Liqasından 2-ci liqaya, 2-ci liqadan 1-ci liqaya komandaların gəlişi artıq bizim üçün də bir hədəfdir, futbolçular üçün də, klublar üçün də. Rəqabət varsa, inkişaf olacaq. Bizim əsas məqsədimiz bu rəqabəti, sağlam idman prinsiplərini yaratmaq, daha sonra klublara meydan verməkdir. Yəni, burada idman prinsipləri var, gücünüzü göstərin, gəlin. Gözləntilərimiz təkcə 2-ci liqadan deyil, bizim sərəncamımızda olan bütün çempionatlarda sağlam idman mübarizəsinin getməsi, idman prinsiplərinin qorunması, yaxşı futbolçuların hazırlanması, milli komandaya namizədlərin hazırlanması, Azərbaycan futbolunun inkişafı ilə bağlı töhfələr verməkdir”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
42 yaşında karyerasını bitirdi
Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq
"Çelsi" Uortona göz dikdi
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı
Arda Güler üzr istədi
"Real"ın tarixində ilk dəfə
Azərbaycanın 16 yaşlı pilotu Portuqaliyada qalib oldu
Mbappe ÇL tarixində ilkə imza atdı
Simeonenin ürəyinin az qala dayanacağı o an… - Video
"Real" Arbeloanı qova bilər
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı
ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı