"Sabah"ın baş məşqçisi Murad Musayev klubun mətbuat xidmətinə müsahibə verib.
Qol.az xəbər verir ki, rusiyalı mütəxəssis əvvəlcə Avstriyada davam edən təlim-məşq toplanışını dəyərləndirib:
"Burada komanda üçün gözəl şərait yaradılıb. Hava şəraiti, meydanların durumu yüksək səviyyədədir. Üstəlik, güclü rəqiblərlə yoxlama oyunu keçirdik. Futbolçuların bu toplanışa yanaşmasından da çox razıyam. Onlar məşqlərdə inamlı təsir bağışlayırlar. Addım-addım öz ideal formalarını bərpa edirlər. Komanda daxilində müsbət əhval-ruhiyyə var".
M.Musayev keçirdikləri yoxlama oyunları ilə bağlı da fikrilərini bildirib: "Qəbələ" ilə oyunun ilk 20 dəqiqəsində çox yaxşı təsir bağışladıq. "Əl-Sədd"lə görüşdə isə artıq 45 dəqiqə yaxşı oyun göstərə bildik. Bugünkü ("Sankt-Pauli” ilə dünənki oyun - red.) oyuna gəldikdə isə, komanda mənfi nəticə əldə etsə də, 90 dəqiqə taktiki cəhətdən eyni tempdə oynamağı bacardı və döyüşkən futbol sərgilədi. Addım-addım irəliləyirik. İndi nəticə yox, oyunçuların keyfiyyət və fiziki hazırlıq baxımından inkişaf etməsi daha mühümdür. Komandada sürətli inkişaf var".
Baş məşqçi yeni transferlər haqda da danışıb: "Yeni futbolçuların komandaya, komanda yoldaşlarına, məşqçilərə uyğunlaşması üçün müəyyən qədər vaxt lazımdır. Bu prosesə səbrlə yanaşmalıyıq. Rəhman Daşdəmirov toplanışın ilk günündən bizimlədir. Sofian Çakla isə komandaya bir qədər gec qoşuldu. Buna baxmayaraq, artıq yaxşı formamadadır. Çünki evdən hazır formada gəlmişdi. Uyğunlaşmaq üçün ona çox az vaxt lazım oldu. Artıq bütün oyunlarda ilk dəqiqələrdən meydanda olur. Jari Marqarita gələndə yüngül zədəsi var idi. Bir müddət fərdi məşq etdi. Tezliklə məşqlərə qoşula biləcək. Vinsent Till isə komandaya hamıdan gec qoşuldu. Lakin onun hazırlığı da yaxşıdır. Optimal formasını bərpa etməyə çox yaxındır. Şadam ki, bu futbolçular bizimlədir. Mən məhz bu oyunçuları komandamda görmək istəyirdim. Əminəm ki, onlar bizi daha da gücləndirəcək".
M.Musayev sonda azarkeşlərə səslənib: "Son mövsümdə yaxşı nəticəyə imza atdıq. Təkcə qazanılan xallar yox, həmçinin göstərilən oyunla da azarkeşlərimizi sevindirdik. Öz növbəsində onlar da daim bizi irəli səslədilər. Müxtəlif performanslarla, hazırladıqları bannerlərlə öz dəstəklərini göstərdilər. Ev və səfər oyunlarımızda daim bizimlə idilər. Onları yenə sevindirməyə çalışacağıq. Bizi qarşıda çətin və maraqlı mövsüm gözləyir. Hansı ki, bura avrokubok matçları da daxildir. İnanıram ki, həm biz, həm də azarkeşlərimiz daha da yaxşı olacağıq. Ümid edirəm ki, bizi xoş hisslər gözləyir".
"Messini geri qaytarmaq istəyirdik, amma..."
“Qarabağ” və “Nyukasl” oyuna bu heyətlə çıxır
"Nyukasl" Qordonla bağlı nə planlaşdırır?
Futbolçularla bağlı yeni qadağa tətbiq oluna bilər
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
"Yuventus" onun müqaviləsini yeniləyir
Rövşən Nəcəf FİFA prezidentini təbrik etdi - Video
Şamaxıda vurulan 5 qol - Video
Qol şansını qaçırdı, göz yaşlarını saxlaya bilmədi
"Barselona" misirli futbolçunu hədəfə aldı
Meksika və İslandiya millilərinin matçı baş tutacaq?
Haalandın komandası ciddi sanksiya ilə üz-üzədir
"Turan Tovuz"un inamlı qələbəsindən - Video
1-ci liqada 16-cı tur start götürdü
Çempionat oyunları təxirə salındı
"Fənərbaxça"da ciddi itkilər var
"Qəbələ"dən bir az ehtiyat edirdik" - Kurban Berdıyev
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
2-ci liqada lider dəyişdi
"Sabah"ın sabiq baş məşqçisi cəmi 4 ay işlədi
Flikdən futbolçularına sərt cəzalar
Pelleqrini La Liqanın ən yaxşısı seçildi
"Qəbələ" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Qarabağ" onun xatirəsini əbədiləşdirsə, yaxşı olar" - Video
"Sabah"ın U-13 komandası Gürcüstandakı turnirdə 2-ci oldu
“Barselona” prezidenti stadionu özü təmizlədi - Video
Çempionlar Liqasının oyunları bu kanallarda
“Bolt” ləqəbim "Qarabağ"da mövzu oldu"
Azərbaycan milliləri reytinq turnirində
“Nyukasl” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
La Liqa klubu baş məşqçisini istefaya göndərdi
Qrizmann da MLS klubuna keçir
"Benfika" UEFA-nın qərarına görə bəyanat yaydı
Sürət həddini kobud şəkildə aşdı - Cəzalandırıldı
“Mançester Yunayted” səfərdə qələbə qazandı
"Araz Saatlı" - "Şirvan" matçında 3 qol - Video
“Fənərbaxça” autsayderlə oyunda xal itirdi