“Sabah” klubunun kapitanı Elvin Camalovun Qol.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 30-cu turunda lider “Qarabağ”a qalib gəldiniz. Bu, “Sabah”ın tarixində “Qarabağ” üzərində ilk qələbəsidir. Əvvəlcə bu oyunla bağlı fikirlərini bilmək istərdik.
- Çox şükür ki, 3 xalı əldə etdik. Vacib qələbə idi. Əslində hər oyun bizim üçün vacibdir. Liderə qalib gəlmək isə daha yaxşı oldu. Komanda olaraq yaxşı oyun göstərdik. Ümumiyyətlə, azarkeşlərin baxımlı oyun izlədiyini düşünürəm. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək.
- Bu qələbə bəlkə də, yeni mövsümün anonsu oldu. Necə düşünürsən?
- Bizim əsas məqsədimiz oyundan-oyuna inkişaf etməkdir. Bu mövsüm də bunun şahidi oluruq. Əlbəttə, gələn mövsüm daha da inkişaf etmək istəyirik. Tədricən inkişaf etmək üçün özümüzə bir yol seçmişik. Bu yolda inamla addımlamağa çalışırıq. Hələ ki, fikirlərimiz bu mövsümdədir. Təbii ki, gələn mövsüm daha yaxşı “Sabah” olmaq üçün planlarımız var.
- Bu mövsüm “Qarabağ”la 4 oyun keçirdiniz. Həm hesabda, həm də top fərqində bərabərlik var. Son oyunlarda da başabaş mübarizənin şahidi oluruq. Bu rəqiblə indiyə qədər olan və bundan sonrakı mübarizənizi necə görürsən?
- “Qarabağ”la həm ötən, həm də bu mövsüm keçirdiyimiz bütün oyunlar maraqlı alınıb. Azarkeşlər çox baxımlı futbol izləyiblər. Məncə, oyunlarımızdan həzz alıblar. “Qarabağ”ın gücü gücü, səviyyəsi göz qabağındadır. Çox şadam ki, “Qarabağ”la başabaş mübaizə aparmışıq və indi də bunu davam etdiririk. Son oyunda qalib gəlməyimiz isə ayrıca bir sevincdir.
- “Qarabağ”la oyunda meydana çıxmamağın zədə ilə bağlı idi?
- Bəli, oyuna 3 gün qalmış ayağımda ağır hiss etdim. MRT müayinəsindən keçəndə bilindi ki, yüngül zədə var. Baş məşqçimiz buna görə risk etməməyi daha məqsədəuyğun saydı. Ancaq zədəm elə də ciddi deyil. Qarşıdakı oyunlara hazırlaşıram.
- Qarşıdan “Turan Tovuz”la səfər matçı gəlir...
- Rəqibimiz bir neçə oyundur ki, qalib gələ bilmir. Öz meydanlarında qələbə qazanmağa çalışacaqlar. Buna görə də bizi çətin oyun gözlədiyini deyə bilərik. Artıq “Qarabağ”la oyunu unudub, bu görüşə köklənməliyik. Tovuz səfərimiz həmişə ağır olur. Çox güman ki, bu dəfə də elə olacaq. Amma əlimizdən gələni edəcəyik ki, 3 xalı biz qazanaq.
- Avrokuboklarda debüt ilində “Sabah”dan nə gözləmək olar?
- Hələ çempionatın bitməsinə 6 tur qalıb. Ona görə də qarşıdakı oyunları düşünməliyik. Bu görüşlərin hamısında 3 xal qazanmağa köklənməliyik. Yəni indi əsas məqsəd mövsümü yaxşı tamamlamaqdır. Bəli, artıq avrokuboklara vəsiqəni təmin etmişik. Təbii ki, buna görə də çox xoşbəxtik. Ümid edir və inanıram ki, avrokuboklarda yaxşı nəticə qazanacağıq və azarkeşlərimizi sevindirəcəyik.
- İndiyə qədər bir neçə məşqçi ilə işləmisən. Rusiyalı baş məşqçiniz Murad Musayevin hansı fərqli xüsusiyyətləri var?
- Murad Musayev həqiqətən həm yaxşı insan, həm də peşəkardır. Nəinki mənə, bütün komandaya onunla işləmək çox xoşdur. Ümid edirəm ki, Murad Musayevlə daha yaxşı uğurlara imza atacağıq. İndiyə qədər işlədiyim məşqçiləri müqayisə etmək istəməzdim. Çünki hər birinin özünəməxsus müsbət keyfiyyətləri var.
- Musayevin bəzən oyunlarda çox aqressiv olduğunu görürük. Elə “Qarabağ”la matçınızda da cəzalı durumda olduğundan texniki zonada yer almamışdı. Bilmək istərdim ki, futbolçularla münasibəti necə qurub? Çox tələbkardır?
- Bəli, Musayev tələbkar məşqçidir. Bu tələb bizim özümüzü daha çox inkişaf etdirməymizə, komandanın daha yaxş olmasına hesablanıb. Komandada hər birimiz bu tələbkarlığın peşəkarlıqdan qaynaqlandığını və bizim xeyrimizə olduğunu bilirik. Ona görə də daha səylə çalışırıq və səhvlərimizdən nəticə çıxara bilirik. Biz onun tələbkarlığının xeyrini görürük.
- Avrokuboklarda ev oyununu harada keçirəcəyiniz hələlik bəlli deyil. Yəqin ki, azarkeş baxımından Masazırda oynamaq sizə daha uyğundur.
- Təbii ki, biz oyunlarımızı öz doğma meydanımızda keçirmək istəyirik. Çünki orada azarkeşlərimizin dəstəyini daha çox hiss edirik. Düzdür, bizim səfər oyunlarımıza da gəlirlər. Ev oyunlarında isə azarkeşlərimiz möhtəşəm olur. Biz o azarkeşlərin qarşısında, Masazırda oynamaq istəyirik. Ümid edirəm ki, belə də olacaq. Fürsətdən istifadə edib azarkeşlərimizə təşəkkürmü bildirirəm ki, bizə bu mövsüm yaxşı dəsək olublar. Ümid edirəm ki, qalibiyyətlərimizin ardı gəldikcə onlar daha çox yanımızda olacaqlar.
Ramiq Ağaməmmədov
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
ÇL-də pley-offçular müəyyənləşir
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
Tanınmış hücumçu Kanada klubuna keçdi
"Sabah" - "Orhus" oyunu bu kanalda
"Bavariya"dan Keyn qərarı
Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır
Minlərlə azarkeş Ronaldonun toyunu gözlədi, amma...
"Tottenhem"dən "Vest Hem"ə keçdi - Rəsmi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Leandro Andradedən məhsuldar ötürmə
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
I Liqa klubundan “Kəpəz”ə keçdi
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi