Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıtdılar

Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıtdılar
XƏBƏR 15 Aprel 2023 / 21:30 1746
-  A +

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıdadırlar.

Qol.az APA-ya istinadən xəbər verir ki, İrəvandan qayıdan atletlərimiz Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

Onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimaiyyəti qarşılayıb.

Qeyd edək ki, turnirin açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün  Ermənistanda olan Azərbaycan idmançıları yarışı tərk ediblər.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner