Azərbaycan birinci divizionunda 24-cü tura start verilib.
Qol.az xəbər verir ki, bugünkü görüşlərdən sonra Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.
Bu, hazırda turnir cədvəlində birinci olan "Araz Naxçıvan"dır. Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in liderə çatmaq şansı qalmayıb. Aktivində 54 xal olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri - "Neftçi-2" və "Qəbələ-2"ni çıxmaq şərtilə ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.
Bu o deməkdir ki, lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi