Azərbaycan milli komandasının baş məşçisi Canni De Byazi "Turan Tovuz" - "Qəbələ" matçından (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün çox gözəl oyun oldu. Son saniyəyə kimi meydanda mübarizə gedirdi. Dünən Gəncədə də maraqlı matç izlədik. "Kəpəz"in daha çox qol imkanları oldu, çox yaxşı oynadılar. Qələbə qazana da bilərdilər. İzlədiyim hər iki görüş balanslı şəkildə keçdi.
- Bölgələrdə olan atmosfer haqda nə deyə bilərsiz?
- Çox gözəl idi. Dünən Gəncədə oyun həftəiçi idi. Düşünürəm ki, şənbə-bazar günləri matçlara daha çox azarkeş gəlir. Televiziyadan izləyəndə görmüşəm. Belə atmosferdən çox xoşum gəlir. Azarkeş dəstəyi futbolçuları da irəliyə itələyir.
- Bakıdakı oyunları izləmək maraqlıdır, yoxsa bölgədə?
- Atmosfer baxımından bölgələrdə daha yaxşıdır. Çünki tribunalarda çoxlu azarkeş var. Amma Bakıda keyfiyyət baxımından daha güclü komandalar oynayır. Həmin klublarda millinin daha çox oyunçuları var.
- Bu iki gün yeni kəşflər baxımından sizə nə verdi?
- Bütün matçlara baxıram. Hər oyun mənə mesaj verir. Köməkçilərimlə birlikdə hər şeyi kontrol edirik. GPS-lə bütün futbolçuları izləyirik. Bunun nəticəsində kimin hansı formada olduğunu bilirik.
- Millidə yeni adlar olacaq?
- Bir həftə sonra biləcəksiz.
- Mövsümün sonunda bir komanda Premyer Liqanı tərk edəcək. Son pillələrdə olan rəqabət haqda nə deyə bilərsiz?
- Bu, çox yaxşıdır. Çempionatı heç kim tərk etməyəndə rəqabət olmur. Təzyiqin olmağı çox yaxşıdır. Çünki, çempionatda fərqli atmosfer yaradır.
- Maksim Medvedev milliyə çağırılacaq?
- Bir həftə gözləyin.
- Mahir Emrelinin durumu sizi qane edir?
- Onunla tez-tez danışıram. Oyunlarını izləyirəm. Son matçda 58 dəqiqə oynadı. Çox da yaxşı oynamadı. Amma ilk matçı idi. Ümid edirik ki, yaxşı formada olacaq. Fiziki baxımdan hazır olması bizim üçün üstünlükdür.
- Anton Krivotsyukla Renat Dadaşovu izləyirsiz?
- Renat yaxşı fornadadır. Bütün oyunlarını izləyirəm. Antonun komandası bu gün səhər oyun keçirdi, 0:0 etdilər.
- Millidə olacaqlar?
- Əlbəttə.
- Milli son 5 matçda daha cəsarətli futbol oynadı. Həmin cəsarəti növbəti oyunlarda görə biləcəyik?
- Maksimumumuzu göstərməyə çalışacağıq. Uduzmaq üçün oynamırıq. Bəzən elə rəqib olur ki, bizdən güclüdür, daha motivasiyalı olurlar, topla yaxşı davranırlar.
- Qarşıdakı matçlardan gözləntiləriniz nədir?
- Heç vaxt proqnoz vermirəm. Reallığa baxmağa çalışıram. Məşqlərə başlayanda durumumuza baxacağıq (sportal.az).
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"