Levandovski "El-Klassiko"nu buraxacaq

Levandovski "El-Klassiko"nu buraxacaq
XƏBƏR 27 Fevral 2023 / 15:54 2241
-  A +

"Barselona"nın futbolçusu Robert Levandovski zədələnib.

Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb. 34 yaşlı hücumçu sol bud əzələsindən zədə alıb. 

"Relevo"nun məlumatına görə isə, futbolçu təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Belə ki, o, martın 2-də İspaniya kubokunun yarımfinalında "Real"la oyunu buraxacaq. Lakin Levandovski martın 19-da La Liqadakı "El-Klassiko"yadək heyətə qayıda bilər.

Qeyd edək ki, Levandovski bu mövsüm La Liqada 20 oyunda 15 qol vurub və 5 qolun ötürməsini edib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner