“Belə hesabdan sonra danışmaq çətindir. Psixoloji gərginliyi üzərimizdən ata bilmirdik. Rahat oynaya bilmirik. Futbolçular təzyiq altındadır”.
Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 21-ci turunda “Sabah”a 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis rəqibin hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biri, bəlkə də birincisi olduğunu vurğulayıb: “Matçın əvvəlində fərdi səhvlərdən qol buraxdıq. Belə komandaya qarşı geridönüş etmək çətindir. "Sabah" hazırda Azərbaycanda ən yaxşı futbol sərgiləyən komandalardan biridir, bəlkə də, birincisi. Qapımızda erkən qollar gördük. Fasilədə futbolçularla danışdıq və dedim ki, oynamaq lazımdır. İkinci hissədə istədiyim futbolu görə bildim. Bu, gələcəyə nikbin baxmağa imkan verir. Belə oynaya bilsək, qarşıda oyunlarda yaxşı nəticə əldə edə bilərik”.
O, Rahid Əmirquliyevin qırmızı vərəqə aldığı epizodla bağlı bunları söyləyib: “Rahid sakit futbolçudur. Ehtiyatsızlıqdan qırmızı vərəqə aldı. İki oyunçunun da mübarizəsi var idi. İstəmədən belə bir qayda pozuntusu etdi”.
“Səbail”in çalışdırıcısı heyətdə itkilər olduğunu qeyd edib: “İlk dəqiqələrdə sadə və müdafiədə etibarlı oynamaq istəyirdik. Rəqibin təzyiqinin qarşısını almağı düşünürdük. Erkən qollarda fərdi səhvlərimiz oldu. Özümüz özümüzə iki qol vurduq. Heyətdə 6 itki var. Bu zaman dəyişikliklər etmək də çətin olur. Bu vəziyyətdə geridönüş etmək çətindi. Yaradıcı oyunçu tapa bilmədim ki, irəlidə geridönüş yarada bilsin. Oyunumuzdan çox şey asılıdır. Bu gün fasilədən sonra yaxşı oynadıq. Belə davam etsək, yaxşı nəticələr əldə edə bilərik”.
Diniyev komandada gərginlik olduğunu söyləyib: “Komanda uzun müddət qələbə qazanmayıb. Bu səbəbdən də gərginlik var. Zədəlilərimizin qayıtması komandanı daha güclü edəcək. Qısa zamandır birlikdəyik. Tez bir zamanda hər şeyi aşılamaq çətindir. Boşluqlarımız var, onları doldura bilmirik. Legioner gətirib, yalandan otuzdurmaq da düzgün deyil. Hücumda yaradıcılıq çatışmır. Qış transfer dönəmində yaxşı futbolçu gətirmək çətindir. Son günə qədər çalışacağıq. Bir mövqe var ki, məni çox narahat edir. Son günlərdir, həll etməyə çalışacağıq”.
Mütəxəssis komandaya yeni qoşulan David Qomisin çıxışını belə dəyərləndirib: “Hələ tam hazır deyil. Sürəti, driblinqi var. Bu cəhətlərindən razıyam. Onu transfer etməklə düzgün seçim etmişik. Ümidlərimizi doğruldur”.
Ş.Diniyev vurğulayıb ki, “Səbail”in əsas məqsədi kubokda uğur qazanmaq yox, Premyer Liqada qalmaqdır: “Premyer Liqanı tərk edib, kuboku qazanacağıqsa, kubokdan imtina edərəm. Həm kuboka, həm çempionata eyni tərz yanaşacağıq”.
Çalışdırıcı deyib ki, kim məşqlərdə özünü yaxşı tərəfdən göstərirsə, ona da heyətdə şans verir: “Məşqlərə görə heyət seçirəm. Üstün olan meydana çıxır. Hazırda kimlər əsas heyətdədirlərsə, deməli, oynamağa layiqdirlər. Məşq prosesinə baxıb, qərar verirəm. Bu gün üç müdafiəçi ilə oyanamağı düşünürdüm, amma qorxduq. Anidən taktikanı dəyişmək istəmədim”.
Diniyev sələfi Mahmud Qurbanovun vaxtında "Sabah"ın “Səbail”ə hər iki oyunda uduzmasının rəqibə əlavə motivasiya verməsi haqda sualı belə cavablandırıb: “Bu gün rəqib daha ciddi yanaşdı. Əlavə motivasiya və aqressiya ilə oynadılar. Oyunda gördüklərim bunu deməyə əsas verir. Keçmiş keçmişdə qaldı. Hardan xal götürmək lazım olduğunu bilirəm”.
O bildirib ki, əsas yaxşı oynamaq yox, nəticə qazanmaqdır: “Futbol iki hissəyə bölünür. Bizim ehtiyatımız çox zəif idi. Ötən oyun "Kəpəz" bizdən yaxşı oynadı, amma qələbə qazandıq. Sual versələr ki, gözəl oyun, ya nəticə? Nəticəni seçərdim”.
"Kəpəz"də ayrılıq
PSJ "Real"a qarşı
"Sabah"ın "Çelye" ilə oyunöncəsi məşqi - Şəkillər
"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Karlo Ançelottinin oğlu baş məşqçi oldu - Rəsmi
FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı
“Fənərbaxça”da yeni müqavilə
"Şamaxı" braziliyalı futbolçu transfer etdi
Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu
“Zirə” yeni futbolçu aldı - “Sabah”da oynayırdı
"Neftçi"dən ayrılan futbolçu bu kluba keçdi
"Real"ın oyunçusunun cəzası bilindi
"Hədəfimiz avrokuboklardır" - "Sumqayıt"ın yeni baş məşqçisi
İspaniyanın hansı klubundan “Qarabağ”lıya təklif olub?
Silva: "Çelsi"nin məşqlərini izləmişəm"
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
"Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi
"Barselona"nı tərk edir
Final bu topla oynanılacaq
"Tottenhem" Yaponiya millisinin müdafiəçisini transfer etdi
Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı
Misli Premyer Liqa təmsilçisinin ikinci transferi
Saşa İliç “Sumqayıt”a necə gəlib? - Agentdən açıqlama
Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır
Bu gün Avropa kubokları yarışları başlayır
"İnter Mayami" Messi ilə yeni müqavilə imzalayacaq?