“Qəbələ”nin kapitanı Asif Məmmədov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə Macarıstan “Fehervar”ına uduzduqları ilk matç (1:4) ilə bağlı Qol.az saytına müsahibə verib.
- “Fehervar”la ilk oyununuzu necə dəyərləndirərsən?
- Düzü, oyuna pis başlamadıq. Birinci hissədə başabaş mübarizə apardıq. İlkin Qırtımovun zədələnməyi oyunumuza pis təsir etdi. Çünki meydanı o halda tərk etdiyinə görə hamı məyus oldu. Həm də məncə, İlkin oynasaydı, daha fərqli şeylər ola bilərdi. Rəqibin gücü göz önündə idi. “Fehervar” yaxşı komandadır. Məncə, bir az diqqətli davransaydıq, fərq bu qədər böyük olmaya bilərdi. Cavab oyununda əlimizdən gələni edəcəyik. Çətindir. Amma yenə də əlimizdən gələni etməyə çalışacağıq.
- Yəni, “Fehervar” “Qəbələ”yə uyğun bir rəqibdir?
- Bu komanda ilə oynaya bilərik.
- Ümumiyyətlə, nəticə oyuna görə oldu?
- Nəticə oyuna görə olmadı. Çünki hesab 1:0 bizim xeyrimizə olanda yenə qol vurmalı idik. Ona görə ki, həmin vaxt diqqətli bir ötürmə qol ilə nəticələnə bilərdi. Sonra elə həmin hücumun axırında bizim qapımıza qol vurdular.
- Asif, bayaq da qeyd etdin ki, “Fehervar” oynaya biləcəyiniz rəqibdir. Bəs, böyükhesablı məğlubiyyətin səbəbi nədir?
- Məncə, rəqib 2-ci qolu vurandan sonra komandada bir az ruh düşkünlüyü yarandı. Çünki 1:0 öndə olduğumuz halda 1:2 hesabı ilə uduzurduq. Bəlkə də buna görə uşaqlarda ruh düşkünlüyü oldu. Heyətimizdəki futbolçuların 80 faizi Avropada ilk oyununu keçirirdi. Düzdür, legionerlərimiz var. Amma bu, onların da Avropada ilk oyunu idi. Bu amil də özünü biruzə verir. Ruh düşkünlüyü də hesabı gətirib 1:4-ə çıxardı. Amma məncə, bir az ağıllı davransaydıq, evdəki oyunu fikirləşərək, nə isə etmək olardı. 0:1, 1:2 hesabı ilə uduzub, mərhələ adlamamaqdansa, 1:4 hesabı ilə məğlub olmaq daha yaxşıdır ki, bizə dərs olsun, bilək ki, belə səhvlər buraxmaq olmaz. Qarşıdan Premyer Liqanın oyunları gəlir. İnşallah, bu matçlara hazırlaşıb, daha yaxşı nailiyyətlər əldə etməliyik.
- “Fehervar”la aranızda 3 top fərqi var. Növbəti mərhələ üçün ümidiniz qalıb?
- İndidən bizim bu mərhələni keçmək şansımız var desək, yalan olar. Bu, möcüzəyə bərabər bir şeydir.
- Yəqin ki, bunu təkcə hesaba görə yox, rəqibin oyununa əsasən deyirsən….
- Bəli. Onların heyətinə, büdcəsinə, oyununa baxanda bunu deyə bilərəm ki, mərhələni keçməyimiz möcüzə olar. Amma bu, futboldur. Futbolda hər şey mümkündür.
- İlkin Qırtımov zədələnəndə ona ilkin tibbi yardımı sən etdin. O epizodda nə baş vermişdi?
- Orada toqquşma oldu. Sonradan bildik ki, İlkin yerə düşəndə boynunda problemlər olub. Həmin şey də dil qatlanmasına gətirib çıxarıb. Mən yaxında idim. İlkini çağırdım, səs vermədi. Xırıldamağa başladı, başı əsdi. Yaxın idim deyə ilk yardımı mən etdim.
Ramiq Ağaməmmədov
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov