AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Qol.az saytına müsahibəsi
- Dünən AFFA İcraiyyə Komitəsi Premyer Liqamızda legioner limitini dəyişdirərək 7+4 sistemi tətbiq etdi. Sizcə, bu, futbolumuza nə verə bilər?
- Mən İcraiyyə Komitəsinin üzvü deyiləm axı. Yaxşı, mən sizə sual verirəm, legioner sayını 7 etdilər. Bu, düzgündür, yoxsa?
- Mən bunu sizdən bir mütəxəssiz kimi soruşdum. Sizin fikriniz oxucu üçün daha maraqlıdır.
- Mən də bir azarkeş kimi sizdən soruşuram.
- Məncə, zaman göstərəcək.
- Nəyi zaman göstərəcək? Biz azərbaycanlı futbolçunun birini azaldırıq, yerinə əcnəbi qoyuruq. Bunun nə xeyri olacaq? Çempionatın reqlamentini oxumaq lazımdır. Yerli çempionat ona görə keçirilir ki, milli komandanın futbolçuları oynasın və baş məşqçi oradan seçim etsin. Yəni azərbaycanlı uşaqları oradan yığır. Biz indi bir nəfər yerli oyunçunu azaltdıq. Bəlkə də hansısa klub üçün xeyirli olacaq. Amma klub rəhbərliyi yığmanı düşünməlidir. Siz milli komanda haqda düşünürsünüz?
- Milli komanda haqda futboldakı rəhbər şəxslər düşünməlidir və uyğun qərarlar verilməlidir.
- Burada bir iş var. Tutaq ki, De Byazi getdi, Əli, ya da Vəli gəldi. Biri var ki, baş məşqçi 40 nəfər arasında seçim etsin, biri də var ki, 80 nəfər. Bax, məsələ budur. Limiti dəyişiblər, özləri bilər, amma mən bir mütəxəssis kimi deyirəm ki, bu, ancaq hansısa kluba xeyir verə bilər. Amma klub da düşünməlidir ki, Azərbaycan çempionatında nəyə görə oynayır.
- Düşünürsünüz ki, onsuz da sayı az olan azərbaycanlı futbolçuları seçim imkanı bir qədər də məhdudlaşdırılcaq?
- Belə çıxır də. Amma bir şey də var ki, keyfiyyət böyük şeydir. Mənim komandalarımda da həmişə 4-5 keyfiyyətli legioner olub. Necə işləmişəmsə, ona siz qərar verə bilərsiz. Amma vicdanla işləmişəm. Mənim yerli oyunçularım yığmada əllərindən gələni edib. Mən harada işləmişəmsə, milli komandanın baş məşqçisi ilə əlaqədə olmuşam. Həmişə ondan xahiş etmişəm ki, mənim oyunçum zəifdirsə, mənə deyin, onun üzərində işləyim. Çünki mən SSRİ dönəmində belə işləmişəm. “Neftçi”nin baş məşqçisi olanda futbolçularım həm əsas, həm də olimpiya yığmalarına gediblər. Biz tez-tez o vaxt yığmanın baş məşqçisi olan Valeri Lobanovski ilə danışırdıq.
- Əvəzetmə sayının üçdən beşə qaldırılması haqda nə düşünürsünüz?
- Ona mən də razıyam. Əvəzetmə sayı 5 olmalı idi. Çünki futbol sürətlənib, bizim meydançaların bəziləri keyfiyyətsiz süni örtükdür. Futbolçu 1 həftə süni meydançada, bir həftə təbiidə oynayır. Əzələlərində problemlər yaranır. Ona görə də mütləq 5 əvəzetmə lazım idi. Bu qərarı bəyənirəm. Həm də 5 əvəzetmə olanda futbolçular arasında rəqabət artır. Yerli oyunçular onu əvəz etməmək üçün daha yaxşı oynamağa çalışacaqlar.
- Bəzi klublar isə futbolçularının say azlığına görə bu qərarı müsbət qarşılamadı.
- Bəli, mən sizinlə razıyam, o da var. Amma o klublar da cavan oyunçularını heç olmasa 15-20 dəqiqə oynatsınlar. Düzdür, ola bilər ki, keyfiyyət o qədər üstün olmasın, amma say hesabı ilə nəsə etmək olar. Yəni bunun da əlacı var.
- Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Yığmamızdan nə gözləyirsiniz?
- Mən istəmirəm ki, həmişə eyni sözü deyim. İstəyim odur ki, yığmamız gözəl oynasın, qalib gəlsin. Bunların ikisi də vacibdir. Hazırda heyət təkmilləşdirilməlidir. Son vaxtlar millimizdə bu alınmır. Bəzən seçim elə qəribə olur ki, mən özüm də məəttəl qalıram. Futbolun qanunu belədir ki, yığmaya müntəzəm və yaxşı oynayan futbolçular dəvət edilməlidir. Adlar yox, oyunçular gəlməlidir. Yaş da maraqlı deyil, onun oyun qabliyyətinə baxmaq lazımdır.
- “Qarabağ” bu mövsüm ölkəmizi Çempionlar Liqasında, “Neftçi”, “Zirə” və “Qəbələ” isə Konfrans Liqasında təmsil edəcək. Klublarımızın uğurlu çıxışına inanırsınız?
- Hamısına inanıram. Ümid edirəm ki, “Qarabağ”dan başqa hansısa bir klubumuz da qrup mərhələsinə düşəcək. Əslində klub üçün böyük uğur olar. Amma bunun üçün hazırlıq lazım idi. May ayında yox, yanvarda. Baş məşqçi də oyunçu seçimini yayda edir. Onda da vaxt çatmır.
Transferlər də lazımdır. “Qarabağ” Çempionlar Liqasında çıxış edəcək. Qurban Qurbanov da bilir ki, ona yeni oyunçular lazımdır. Heyəti daha da gücləndirmək vacibdir.
Ramiq Ağaməmmədov
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu