“Oyun çox dinamik alındı. Mövsümün son matçı olsa da, hər iki komanda meydanda yaxşı məzmunlu oyun nümayiş etdirdi. Çoxsaylı qol epizodları yaratdıq. Sonda qalib də gələ bilərdik. Düşünürəm ki, komanda verilən tapşırığı meydanda layiqincə yerinə yetirməyə çalışdı".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 28-ci turunda "Sabah"la heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Ümumi götürəndə komanda mövsümü istədiyimiz kimi tamamladı və layiqli yerini tutdu. Daha yüksək pillədə ola bilərdik. Amma turnirin necə ağır keçdiyini dəyərləndirsək, komandanın avrokuboklara getməsindən məmnunuq. İnanıram ki, bu heyəti qoruyub saxlaya biləcəyik. Komandanı daha da güclənmək mütləqdir"- deyə o bildirib.
Baxşıyev heyətlə bağlı fikirlərini də bildirib: “Nicat Mehbalıyevin durumu aydın deyil. O, “Sabah” klubuna məxsusdur. Danışandan sonra aydınlıq gələcək ki, qapıçı götürək, yoxsa yox. Kristof Atanqana növbəti mövsümdə də bizimlə olacaq. Onunla əməkdaşlıqda maraqlıyıq. Urfan Abbasov sabah əməliyyata gedir. Onun yerini doldurmaq vacibdir. Bir-iki mövqe var ki, ora da oyunçu alınmalıdır. Çempionat ərzində sırf “9 nömrə”miz də yoxdur. Bəzən Ülvi İsgəndərov, bəzən Emil Səfərov, bəzən Rafael Utziq oynayır. Turnirdə layiqli çıxış etmək istəyiriksə, bu mövqeləri gücləndirmək vacibdir. Bu gün hər iki komanda məzmunlu oynamağa çalışdı. Futbolçular daha çox açıq futbol nümayiş etdirdi. Hər iki komandaya alqış düşdüyünü düşünürəm. İlk öncə komandanı istirahətə buraxmaq, komplektləşmək, sonra iddiadan danışmaq olar”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar