“Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun Qol.az saytına müsahibəsi
- Premyer Liqamızın son turunda “Şamaxı”ya qalib gəldiniz. Sonuncu qələbəniz ötən ilin oktyabrında olmuşdu. Uzun fasilədən sonra qazanılan qələbə ilə bağlı təəssüratlarını bilmək istərdik.
- Səhv etmirəmsə, 15-16 oyundur qələbə qazana bilmirdik. Təbii ki, qalib gəlmək çox sevindirici oldu. “Şamaxı” ilə matça final oyunu kimi baxırdıq. Çünki məğlub olsaq, sonunsu pilləyə düşə bilərdik. Şükürlər olsun ki, komanda şəklində birləşdik və qalib gəldik.
- Səncə, bir qədər gecikmiş qələbə deyil? 3 xal daha əvvəl qazanılsaydı, komandada ruh yüksəkliyi olardı. Artıq mövsümün sonuna 2 tur qalıb.
- Biz hər oyuna qələbə istəyi ilə çıxırıq. Sadəcə olaraq bu, tək bizim istəyimizlə olan məsələ deyil. Burada bəxt amili də var, rəqibin daha yaxşı oynamağı da. Bizim fərdi səhvlərimiz də çox olur. Şükürlər olsun ki, gec də olsa bunu bacardıq.
- Bir kapitan kimi komandanın bu qədər uğursuz çıxışlarının səbəbini nədə görürsən?
- Əslində bizim yaxşı oyunlarımız da az olmayıb. Bunu danmaq olmaz. Sadəcə, bizim fərdi səhvlərimiz çox olur. Uşaq səhvləri edirik. Dəfərlərlə olub ki, hesabda öndə olduğumuz oyunda ani diqqətsizlikdən qol buraxmışıq, ya heç-heçə etmişik, ya da məğlub olmuşuq. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı mübarizə apararıq.
- Aleksey Baqanın gəlişindən sonra geriləməkdə olan “Sumqayıt”da irəliləyiş olmadı. Baş məşqçi dəyişikliyi komandaya necə təsir etdi?
- Baqanın gəlişindən sonra yeni sistemlə oynadıq. Ona qədər 5 müdafiəçi ilə çıxış etdik. Hər kəs buna uyğunlaşmışdı. Yeni baş məşqçinin gəlişindən sonra 4 müdafiəçi ilə oynamağa başladıq. Təbii ki, yeni sistemə alışmaq çətin olur. Biz də çalışırq ki, bu oyun üslubuna uyğunlaşaq və yaxşı nəticələr qazanaq.
- Aleksey Baqa haqda nə deyə bilərsən? Futbolçularla münasibəti necədir?
- Hər şey yaxşıdır. Bilirsiniz ki, Baqa karyerası olan bir məşqçidir. Öz oyun üslubu var. Çalışır ki, taktikasını bizə başa salsın. Biz də peşəkar futbolçularıq, əlimizdən gələni edirik ki, onun istədiyi kimi oynayaq.
- “Turan Tovuz”un yeni mövsümdən Premyer Liqada qayıtması barədə nə düşünürsən?
- Bu komandanın Premyer Liqaya qayıtması hər bir tovuzlunu sevindirir. Mən də onlardan biriyəm. Həqiqətən mənə çox xoş oldu. Əslində bu, gözlənilən bir addımdır. Tovuza futbol yaraşır. Orada hər kəs futbolu sevir. Tovuzdan yaxşı futbolçular çıxıb. İnanıram ki, “Turan Tovuz” Premyer Liqada oynayandan sonra daha yaxşı futbolçular çıxacaq. Mən bu qərara çox sevinirəm.
- Sənin və bir neçə tovuzlu futbolçunun “Turan Tovuz”a keçərək komandaya kömək edəcəyiniz haqda xəbərlər yayılıb.
- Bu barədə danışıq olmayıb. Olsa da indi mən onlara dəqiq söz verə bilmərəm. Çünki bizim qarşıda çox vacib 3 oyunumuz var. Bu dəqiqə mən desəm ki, Tovuza gedirəm, onda “Sumqayıt”a kömək edə bilmərəm, fikrim orada olar. Mən uzun illərdir ki, futboldayam, belə şeylərə peşəkar yanaşmaq lazımdır. Gələcəkdə təklif edərlərsə, fikirləşmək olar. Çünki mən Tovuzun çörəyini çox yemişəm. “Turan”ın yetirməsiyəm. Bunu dana bilmərəm. Necə məsləhət olarsa, elə edərik. Mənə “Turan Tovuz”dan heç bir təklif gəlməyib. Çünki hələ klubun büdcəsi, yeni baş məşqçisi bilinmir. Bəlkə, yeni baş məşqçi dedi ki, mən Vurğunu istəmirəm. Nə olsun ki, tovuzluyam. İlk növbədə klubun büdcəsi və baş məşqçisi bilinməlidir. Futbolçu seçimi baş məşqçidə olmalıdır.
- "Sumqayıt"la müqavilən mövsümün sonunda başa çatır. Klubdan yeni təklif almısan?
- Heç bir təklif yoxdur. Gözləyirəm, xeyirlisi nədirsə, o olsun. 9 ildir "Sumqayıt"ın oyunçusuyam. Təklif olsa, danışıb qala bilərəm.
- Artıq 34 yaşın var. Karyeranın sonlarını yetirməsi olduğun “Turan Tovuz”da keçirmək barədə düşünmüsən?
- “Sumqayıt”da durum elədir ki, mən hazırda karyera barədə düşünə bilmirəm. Sonuncu yerə düşmək təhlükəsi var. İstəmirəm ki, mövsümü sonuncu yerdə bitirək. Oyunlar bitsin, mövsümün sonunda danışıq olarsa, bu barədə fikirləşmək olar.
- Az maaşla “Turan Tovuz”da oynayarsan? Çünki klubun büdcəsi çox məhduddur.
- Biz onsuz da “Sumqayıt”da da böyük pullar almırıq. Tovuz mənim elimdir, oranın yetirməsiyəm. Ancaq təbii ki, mənə deməyəcələr ki, gəl pulsuz oyna. Hər şeyi real danışmaq lazımdır. Tovuzlu futbolçuların hər biri istəyir ki, komandaya kömək etsin. Lazım olsa, danışıcağıq.
Ramiq Ağaməmmədov
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”