Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin azərbaycanlı baş məşqçisi Elnur Qəmbərov Azərbaycan futzalının hazırkı durumu ilə bağlı fikirlərini bildirib.
Bir zamanlar “Xəzər adaları” futzal klubunun baş məşqçisi olmuş E.Qəmbərov Qol.az saytına geniş müsahibəsində deyib ki, futzal biz azərbaycanlılara uyğun olan oyun növüdür:
“Uzun illərdir ki, Azərbaycanda futzal var. Bizdə bu oyunu oynamaq rahatdır. İndi Azərbaycanda futzalın səviyyəsi bir qədər düşüb. Bizim problemimiz odur ki, Azərbaycanda cəmi bir dənə peşəkar komanda var. O da “Araz Naxçıvan”. Vəssalam. O biri komandalar təzədir, çoxunu tanımıram. “Ekol” və “Neftçi” ancaq 2-ci yer uğrunda oynayırlar. Birincilik haqda heç fikirləşmirlər də. Ən azından son 15 ildə mən belə görmüşəm. Uşaqlar yetişmir. İndi Ağatahir Əzimova 19 yaşlıları tapşırıblar. Ağatahir vaxtilə mənim köməkçim olub. Onunla əlaqələrimiz var, danışırıq. Məndən də yaxşı futzalçı idi. Deyir ki, oyunçu tapa bilmirəm. Bu işlər üçün akademiya olmalıdır. Akademiya deyəndə çox adam elə başa düşür ki, böyük bir layihə olmalıdır, uşaqlar orda yeməli, yatmalıdırlar, maaş almalıdırlar. Bəli, peşəkar cəhətdən belə olmalıdır. Amma heç olmasa orada Ağatahir kimi, Mahir Eyniyev, Məmməd müəllim, İbrahim müəllim, Allahverdi Babayev var. Onlar hamısı qalıblar qıraqda. Onları U-13, U-15 komandasına gətirsələr, az bir maaşa canla-başla işləyərlər. Çünki onların çoxu taksi sürür, fəhlə kimi və başqa işdə çalışır. Mən bu peşələrin hamısına hörmətlə yanaşıram. Amma bu insanlar futzalda canlarını qoyublar. Əllərindən gələn ən yaxşı iş də budur. Mən inanıram ki, adlarını çəkdiklərim, bundan başqa Rəcəb, Vitali hərəsi bir komandanı götürsə, az miqdarda maaşa nəsə öyrədəcəklər. Bu da futzalımıza xeyir verəcək”.
E.Qəmbərov deyib ki, o, xarici ölkədə milli komandaya baş məşqçi təyin edilən yeganə azərbaycanlıdır: “Bəlkə də səhv edirəm. Ən azından futzalda belədir. O ki qaldı Azərbaycan futzalındakı bu duruma, mənim vaxtımda da bu məşqçi idi. Yəni bir məşqçinin 15 il bir komandada işləməsi məncə, düz deyil. Avropa o qədər qabağa gedib ki, elə bir məntiq yoxdur. Hətta “Barselona”nın da baş məşqçisini dəyişdilər. Sırf Çempionlar Liqasını qazana bilməmişdi deyə. Söhbət futzaldan gedir.
Amma bizim millinin baş məşqçisi dəyişilməz olaraq qalır. Legioner oyunçular dəyişilmir. Hamı deyə bilər ki, Elnur Qəmbərovun “Xəzər adaları”nda da legionerlər var idi. Bəli, var idi, sadəcə, mənim qarşıma hədəf qoyulmuşdu ki, Çempionlar Liqasının dördlər finalına yüksələk. Araşdırıb baxsanız, həmin illərdə “Araz Naxçıvan”da 6, “Fənərbaxça”da 11 ya 12, “Ekol” komandasında 5-6 legioner var idi. Hətta “Fənərbaxça”nın baş məşqçisi norveçli idi. Həm də o oyunçuların səviyyəsi indikilərdən çox yaxşı idi. Ən pisi də odur ki, indi millinin heyətində olan legionerlərin hamısı xarici klublarda, əsasən Avropada oynayır, amma bizim yerli oyunçular heç yerə çıxa bilmir. Bu, həm futbolda belədir, həm də futzalda”.
Ramiq Ağaməmmədov
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı