"Arsenal"ın ən çox qazananı olacaq

"Arsenal"ın ən çox qazananı olacaq
XƏBƏR 8 Oktyabr 2026 / 14:40 242
-  A +

“Arsenal” yarımmüdafiəçisi Deklan Raysla yeni müqavilə imzalamağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə BBC Sport məlumat yayıb. 27 yaşlı futbolçunun hazırkı müqaviləsi gələn mövsümün sonuna qədər nəzərdə tutulub. Tərəflər arasında yeni uzunmüddətli sözləşmə ilə bağlı danışıqlar artıq son mərhələdədir.

Bildirilir ki, yeni müqavilə imzalandıqdan sonra Rays “Arsenal”ın ən yüksək maaş alan futbolçusuna çevriləcək. O, bu göstəricidə Bukayo Saka ilə eyni səviyyədə olacaq.

Hazırda Raysın həftəlik 240 min funt-sterlinq qazandığı, Sakaya isə təxminən 350 min funt-sterlinq ödənildiyi iddia olunur.


Qarabağ FK
Son xəbərlər
topaz banner