AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA nümayəndəsinə UEFA-dan təyinat
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2026 / 19:00 1461
-  A +

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən növbəti təyinat alıb.

QOL.az xəbər verir ki, o, 2027-ci ildə keçiriləcək qadınlar arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin pley-offunun 1-ci raundunda keçiriləcək Albaniya - Uels oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner