La Liqa klubunun kapitanı saxlanıldı

La Liqa klubunun kapitanı saxlanıldı
DÜNYA FUTBOLU 8 Oktyabr 2026 / 12:58 452
-  A +

İspaniyanın “Elçe” klubunun kapitanı Xosan Fernandes həyat yoldaşının şikayəti əsasında saxlanılıb.

QOL.az xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb.

36 yaşlı futbolçunun məişət zorakılığında şübhəli bilindiyi qeyd olunub.

Fernandes Kalosa-de-Segura şəhərində Mülki Qvardiyanın bölməsində bir gecə saxlanıldıqdan sonra Oriuela şəhərində qadınlara qarşı zorakılıq işlərinə baxan məhkəməyə çıxarılıb və ifadə verib. Futbolçunun iki övladının anası olan həyat yoldaşı ilə boşanma prosesində olduğu qeyd edilir.

Şikayətdə qadının təhqiramiz hesab etdiyi “WhatsApp” yazışmaları, eləcə də bədənindəki göyərmələrin fotoları yer alıb. O, həmin xəsarətlərin futbolçunun mümkün zorakılığı nəticəsində yarandığını iddia edib. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Qeyd edək ki, Fernandes bu yay “Elçe” ilə müqaviləsini daha bir mövsüm uzadıb. Cari mövsümdə La Liqada cəmi 25 dəqiqə meydanda olan kapitan bir məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner