“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı

“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
ÇEMPİONLAR LİQASI 8 Oktyabr 2026 / 17:05 574
-  A +

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə Bakıda keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

QOL.az xəbər verir ki, bilet qiymətləri 15, 40, 50, 75, 120 və 650 manatdır.

"Sabah" oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya klubu ilə qarşılaşacaq. Görüş saat 20:45-də başlayacaq.

Azarkeşlər matçın biletlərini “iTicket.az”ın internet saytından onlayn əldə edə bilərlər.

“Sabah”ın ilk ev oyununda qarşılaşacağı “Slaviya” ilə matça da (13 oktyabr) bilet satışı davam edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner