“Milan”, “Çelsi” və “Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu

“Milan”, “Çelsi” və “Liverpul”un sabiq futbolçusu karyerasını başa vurdu
DÜNYA FUTBOLU 8 Oktyabr 2026 / 00:06 205
-  A +

 “Milan”, “Çelsi” və “Liverpul”un sabiq hücumçusu Fabio Borini futbolçu karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 34 yaşlı italiyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, bundan sonra qarşısına çıxacaq yeni imkanları dəyələndirəcəyini bildirib.

Borini karyerası ərzində “Çelsi” ilə İngiltərə Premyer Liqasının və İngiltərə Kubokunun qalibi olub. O, həmçinin “Roma”, “Sanderlend” və digər klublarda çıxış edib.

Fabio Borini İtaliya millisinin heyətində 2012-ci il Avropa çempionatında gümüş medal qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner