“Liverpul” "Real"a qarşı

“Liverpul” "Real"a qarşı
XƏBƏR 8 Oktyabr 2026 / 12:03 660
-  A +

“Liverpul” və "Real" “Bavariya”nın vingeri Maykl Oliseni transfer etmək üçün mübarizə aparacaqlar.

QOL.az “Football Insider”ə istinadən xəbər verir ki, ingiltərə klubu gələn yay transfer üçün hərəkətə keçəcək.

24 yaşlı fransalı futbolçunun müqavilə vəziyyəti “Real”ın da diqqət mərkəzindədir. Hər iki klub Olisenin “Bavariya” ilə yeni müqaviləsi ətrafında baş verənləri izləyir.

Daha əvvəl yayılan xəbərlərə görə, Olise yeni sözləşməsinə müəyyən şərtlər daxilində klubdan ayrılmasına imkan verən sərbəstqalma maddəsinin əlavə edilməsini istəyir. Bu bəndin məbləğinin təxminən 200 milyon avro olacağı bildirilir.

“Bavariya” isə futbolçu ilə müqaviləni 2032-ci ilə qədər uzatmaq niyyətindədir. Lakin Olisenin yeni sözləşmədə sərbəstqalma maddəsinin olmasını tələb etməsi danışıqları çətinləşdirir.

Beləliklə, bu durumda "Real" Olise uğrunda "Liverpul" ilə yarışmalı olacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner