Qvardiola yenidən "Etihad"da

Qvardiola yenidən "Etihad"da
XƏBƏR 8 Oktyabr 2026 / 13:28 1127
-  A +

"Mançester Siti"nin sabiq baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in UEFA Çempionlar Liqasında PSJ ilə keçirəcəyi oyunu izləmək üçün “Etihad” stadionuna gedəcək.

QOL.az “The Times”a istinadən xəbər verir ki, 14 oktyabrda baş tutacaq qarşılaşma ispaniyalı mütəxəssisin Mançesterdəki 10 illik fəaliyyətini başa vurduqdan sonra klubun ev arenasına ilk səfəri olacaq. Qvardiola matçı uzun illər köməkçisi olmuş Manuel Estiarte ilə birlikdə izləyəcək.

Görüşdə “Mançester Siti”nin klub prezidenti Xaldun Əl-Mübarəkin rəhbərlik etdiyi direktorlar şurasının bütün üzvlərinin də iştirakı gözlənilir. Qvardiola klubdan ayrıldıqdan sonra da “Mançester Siti” ilə yaxın münasibətlərini qoruyub.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 5 dəfə İngiltərə Premyer Liqasının qalibi olub və Çempionlar Liqasını qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner