Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər

Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
DÜNYA FUTBOLU 8 Oktyabr 2026 / 01:24 200
-  A +

Portuqaliya millisinin hücumçusu Millətlər Liqasının 3-cü turunda Danimarka ilə matçdan (4:2) əvvəl komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə cəzalandırıla bilər.

QOL.az xəbər verir ki, bu barədə “A Bola” Portuqaliya Futbol Federasiyasının (FPF) nizamnaməsinə istinadən məlumat yayıb.

Bildirilib ki, milli komandaya rəsmi dəvət alan futbolçu düşərgəni icazəsiz tərk edərsə və ya üzrlü səbəb olmadan məşqə, oyuna və digər milli komanda tədbirinə qatılmazsa, intizam cəzası ilə üzləşə bilər.

Belə hallarda futbolçunun yarışlarda iştirakına 1 aydan 6 aya qədər qadağa qoyulması nəzərdə tutulur.


Qarabağ FK
Son xəbərlər
topaz banner