Medianın İnkişafı Agentliyinin layihəsi
Şahmat üzrə komandalar arasında kişi və qadınların növbəti Avropa çempionatı başa çatdı. Üçqat Avropa çempionu kişilərdən ibarət yığmamız son turda yenidən turnirin qalibi olmaq üçün şansını saxlasa da, nəticə istədiyimiz kimi alınmadı.Fransaya 1,5:2,5 hesabı ilə uduzan yığmamız turniri 5-ci pillədə bitirdi. Bununla da komandamız ardıcıl 2-ci dəfə Avropa çempionatını medalsız başa vurdu.
Əvəzində isə qadın millimiz inamlı çıxışı ilə seçildi. Son turda Niderlanda 2,1:1,5 hesabı ilə qalib gələn yığmamız turniri 3-cü pillədə başa vurdu. Beləliklə, yığmamız ardıcıl 2-ci dəfə turnirin bürünc medalını qazandı.
Təbii ki, qadın millimizin bu turnirdə növbəti dəfə medalçılar siyahısına düşməsi bu uğurun təsadüfi olmadığını göstərdi. Son illər qadın millimizin üzvlərinin ayrı-ayrılıqda inkişafı yığma komandanın daha da güclənməsinə səbəb oldu. Artıq zərif cinsin nümayəndələrindən ibarət millimizi Rusiya, Gürcüstan, Ukrayna kimi güclü komandalar özlərinə əsas rəqiblərdən biri hesab edir.
Bunu qadın millimizin üzvü Gülnar Məmmədova da təsdiqləyir. O, Azərbaycanın qadın millisinin əvvəlki illərlə müqayisədə çox inkişaf etdiyini söyləyir: "Bizim Avropa çempionatında üç medalımız var. İlk medal 1992-ci ilə təsadüf edir. Ondan sonra neçə illər idi, medalçılar siyahısında düşmürdük. 2019-cu ildə milli növbəti medalını qazandı. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar turnir olmadı. 2021-ci ildə Avropa çempionatı yenidən keçirildi. Bu yarışda 3-cü yerə çıxdıq. Birinci yerə şansımız demək olar ki, yox idi. Çünki Rusiya yığması vahid lider oldu. Bütün oyunlarda asanlıqla qələbə qazandılar. Gürcüstan komandası yerinə biz də ola bilərdik. Ancaq yenə də yekun sıralamada 3-cü olduq. Mən 2009-cu ildən komandadayam. 2009-cu ildə yarışa başlayan komandamızın sıralaması 21-ci idi. Amma son sıralamada isə 5-ciyik. Bu onu göstərir ki, Azərbaycan qadın şahmatı inkişaf edib ki, 21-ci yerdən 5-ci yerə yüksəlmişik. Eyni zamanda ardıcıl 2-ci dəfə 3-cü yeri tuturuqsa, deməli, bu qələbə heç də təsadüfi deyil. Bu münasibətlə də bütün komanda yoldaşlarımı təbrik edirəm".
Onun sözlərinə görə, komandanın yaxşı oynamasının səbəbi komandadaxili mehribanlıqdır: "Eyni zamanda bir-birimizə qarşı dəstək, birlik daha çoxdur. Məncə, bu, millimizin sonillərki uğurunun əsas səbəblərindən biridir. Eyni zamanda təbii ki reytinqlər qalxdıqca rəqabət də artır. Əvvəllər demək olar ki, bilirdik, kimlər millinin tərkibində yer alacaq. Ancaq yeni güclü şahmatçılar olduqca, rəqabət artırdı. Bu da şahmatçıların daha çox çalışmasına gətirib çıxarırdı. Bir sözlə, inkişafın əsas səbəbləri rəqabət və bir-birimizə dəstəkdir".
G.Məmmədova turnirdə güclü komandaların çox olduğunu söyləyir: "Son tura qədər mübarizə davam edirdi. Bizim hədəfimiz 3-lüyə düşmək idi. Polşanın, Fransanın, Ukraynanın şansı var idi. Son 2 tur çox çətin keçdi. Sonuncu turdan bir tur əvvəl 2:2 etdik. Əslində həmin oyunda da qalib gələ bilərdik. Sadəcə müəyyən şanssızlıq oldu.Son turda isə bilirdik ki, 3-cü yerə çıxmaq üçün qələbə lazımdır. Hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Oyunlarda təbii ki vəziyyətlər dəyişirdi. Ancaq sona qədər mübarizə bizim 2,5:1,5 hesabı ilə qalib gəlməyimizə gətirib çıxardı. Yekunda Ukrayna ilə eyni xala malik olsaq da, əmsallarda üstün olduğumuz üçün 3-cü yerə çıxdıq".
Turnirin son turunda Niderland üzərində 2,1:1,5 hesablı qələbə qazanılan oyunda qalib gələn iki şahmatçıdan biri Ülviyyə Fətəliyevadır. O, bu turnirdə çox əziyyət çəkdiklərini söyləyir: "2019-cu ildə Batumidə keçirilən Avropa çempionatında 27 il sonra ilk dəfə idi ki, bürünc medal qazanırdıq. Bu, bizim üçün həqiqətən də inanılmaz təcrübə idi. Çünki istər-istəməz bizim favoritlərdən həm reytinq, həm də təcrübə fərqimiz çox idi. 3-cü yerə çıxdıqdan sonra artıq anladıq ki, reytinq nə qədər fərqli olsa da, mübarizə aparmaq mümkündür. Təəssüf ki, pandemiyaya görə 2020-ci ildə Olimpiada keçirilmədi, yalnız onlayn Olimpiada ilə əvəzləndi. Bu pandemiya dövründə hər kəs individual olaraq öz üzərində işləməyə çalışırdı.2021-ci il bir az qarışıq keçdi. Çünki hələ də bilmirdik ki, yarışlar necə keçəcək. İyunun ortalarında bildik ki, klassik şahmat davam edəcək. Birinci fərdi Avropa çempionatı, sonra isə komandaların dünya çempionatı bizim üçün böyük təcrübə oldu. Çünki istər-istəməz 2020-ci ildə klassik şahmat çox oynamamışdıq və bu da praktikanı azaldırdı.Bütün bunlar və şəxsi çalışmalar öz nəticəsini Avropa çempionatındagöstərdi. Mən düşünürəm ki, biz bu yarışda həqiqətən də çox əziyyət çəkdik. Bu yerə dırnaqlarımızla qaza-qaza gəldik. Ancaq buna dəydi".
Onun sözlərinə görə, 2019-cu ildəki Avropa çempionatı ilə müqayisədə bu dəfə mental düşüncələri fərqli idi: "Biz artıq çəkinmirdik, reytinq fərqinə baxmırdıq. Hətta Rusiya ilə oyun zamanı qələbəyə çox böyük şansımız var idi. Bu da artıq həqiqətən böyük inkişafı göstərir. Çünki biz əvvəllər oyuna çıxanda nə qədər mübarizə aparsaq da, inanc hiss olunmurdu. Lakin biz indi rahat şəkildə, çəkinmədən İspaniya və Fransa ilə mübarizə aparacaq komandayıq. Bu da təcrübədən, praktikadan irəli gəlir. Çox şükür ki, bu turnirdə biz onun nəticəsini gördük. Əgər yaxşı çalışmaq imkanları yaradılsa, yaxşı məşqçilər cəlb olunsa, biz Olimpiadada da daha yaxşı nəticələr göstərə bilərik".
Ü.Fətəliyeva üzləşdiyi haqsızlıqlar barədə isə bunları bildirir: "Turnir 9 turdan ibarət idi. İlk iki tur 4:0 hesablı qələbə ilə artıq liderlər sırasında idik. 3-cü turda təəssüf ki, Gürcüstana məğlub olduq. Ancaq ən azı heç-heçə edəcəyimizi düşünürdük. Çünki ilk turlarda xal itirmək o qədər də yaxşı olmur. Bunu sonra kompensasiya etmək çətin olur. Bizim üçün də belə oldu. Sonrakı turlar İtaliya və Almaniyaya qarşı oynadıq. Onları məğlub etdikdən sonra Rusiya ilə düşdük. Rusiya ilə oyun bizim üçün psixoloji cəhətdən gərgin oldu. Çünki onlar çox fərqlə liderlər siyahısında idi. Rusiya dəfərlərə Avropa çempionu olub. Reytinq fərqi də həddindən çox idi. Lakin biz oyunda xeyli üstünlük qazanmışdıq. Qələbəyə şansımız olsa da, uduzduq. Bu məğlubiyyət bizə çox pis təsir etdi. Biz Rusiya ilə oynayanda Gürcüstanla da Ukrayna düşmüşdü. Onlar əvvəlcədən heç-heçə razılaşmışdılar. Bu, bir növ haqsızlıq idi. Çünki onlar düşünürdülər ki, Rusiya bizi udacaq və onlar sıralamada 2-3-cü yerlərdə olacaq. Lakin hər şey planlaşdırdıqları kimi olmadı. Sonra biz Macarıstanla heç-heçə etdik, Niderlanda qalib gəldik. Son turdan əvvəl əmsallara görə biz Ukraynadan öndə idik. Bir tur əvvəl Rusiya ilk pilləni, Gürcüstan 2-ci yeri rəsmiləşdirmişdi. Əsas mübarizə 3-cü yer uğrunda gedirdi. Sıralamada isə 3-cü yer Polşa idi. Polşa da Rusiya ilə oynamamışdı. Bu, bizim üçün böyük üstünlük idi. Bilirdik ki, Polşa xal itirəcək. 3-cü yerə ən əsas namizəd Azərbaycan və Ukrayna idi. Onun üçün son tur çox gərgin keçdi. Rəqibimiz reytinq fərqi olmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdi, sona kimi mübarizə apardılar. Ukrayna da yaxşı hesabla qalib gəldi".
Millimizin üzvü son dəqiqəyə qədər kimin 3-cü yer olacağını bilmədiklərini söyləyir: "Otaqda komanda yoldaşlarımla kövrəlmişdik və nəticənin çıxmasını gözləyirdik. 3-cü yerə çıxdığımızı görəndə həddindən artıq çox sevinmişdik. Çox qürurlu idik. Bir işi bir dəfə edirsənsə, buna şans da demək olar. Amma artıq ikinci dəfə bu nailiyyət yaşanırsa, deməli burada mübarizə, əzm var. Təbii ki, 2020-ci ildəki çempionatda da çox stress yaşamışdıq. Özümüzü yenidən təsdiq etmək üçün bu nəticə bizə çox lazım idi. Bizim üçün çox gərgin, qürur və sevinc dolu bir yarış oldu".
Ötən həftə Azərbaycan Şahmat Federasiyasına (AŞF) yeni prezident təyin olundu.Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçildi. O, bu vəzifədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzlədi. Ümid edirik ki, bu təyinat ölkəmizdə şahmatın daha da inkişafına təkan verəcək və növbəti illərdə millilərimiz ölkəmizə qızıl medallar qazandıracaq.
Aysel BƏXTİYARLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır