“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 8-ci turunda mövsümdə ilk qələbənizi qazandınız. “Şamaxı” üzərində 4:1 hesablı qələbəni necə şərh edərdiniz?
- “Şamaxı” çox yaxşı komandadır. Güclü müdafiə olunurlar. Buna görə də işimizin çətin olacağını bilirdik. Rəqib hesabda önə keçsə də, ruhdan düşmədik, çalışdıq əlimizə düşən fürsətləri dəyərləndirək. İlk hissədə geridönüş edə bildik. Rəqibin qırmızı vərəqə alması bizi bir qədər də rahatlaşdırdı. Çox gözəl, vacib qələbə qazandıq. Komandamızı təbrik edirəm. Biz buna layiqik. Həm də komandanın bu qələbəyə çox ehtiyacı var idi.
- Bu cür böyük hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Böyük hesablı qələbə gözləmirdik, lakin həftə ərzində oyuna çox yaxşı hazırlaşmışdıq. Bizi nə gözlədiyini bilirdik. “Şamaxı” hər bir rəqibə çətinlik yarada bilir. Amma hər bir komanda kimi, onların da boşluqları var. Çalışdıq həmin boşluqlardan faydalanaq.
- Demək olar ki, çempionatdakı fasilə “Kəpəz” üçün faydalı oldu?
- Əlbəttə, demək olar. Milli fasilə bizim üçün faydalı oldu.
- Bu qələbədən sonra “Kəpəz”in “qara zolaq”dan çıxdığını söyləmək mümkündür, yoxsa hələ tezdir?
- Bu qələbə bizə çox lazım idi. İlk 7 turda xal qazana bilməmişdik. Ona görə də qələbəyə çox ehtiyacımız var idi. Lakin artıq bu oyunu unutmalıyıq. İndi əsas məsələ bunun ardını gətirməkdir. Çünki qələbələ, xallara çox ehtiyacımız var.
- Azər Bağırovun gəlişi komandada nəyi dəyişib?
- İstər-istəməz komandada baş məşqçi dəyişikliyi olanda bu, futbolçulara təsir edir. Motivasiya artır. Ümumi olaraq Adil müəllimə də təşəkkür edirəm. İndi komandanı Azər müəllim çalışdırır. Əlimizdən gələni edirik ki, onun tapşırıqlarını yerinə yetirək. Bütün gücümüzü meydanda qoyacağıq ki, baş məşqçimizin istəklərini yerinə yetirib qələbələr qazanaq.
- “Şamaxı” ilə matçda iki qol vurdunuz. Öz çıxışınızdan razı qaldınız?
- Bu, mənim maksimumum deyil. Daha da qalxa bilərəm. Əlimdən gələni edəcəyəm ki, növbəti matçlarda da komandama faydalı olum.
- Yəni, qolların ardı gələcək?
- İnşallah. Bunun üçün daha çox çalışacağam.
- Növbəti turda qarşılaşacağınız “İmişli” ilə görüşdən gözləntiləriniz nədir?
- Artıq sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Məşqçilərimiz rəqibi analiz edəcəklər, bizə lazımi məlumatları çatdıracaqlar. Biz də əlimizdən gələni edəcəyik ki, həmin matçda da qələbə qazanaq.
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar