Seneqallı gənc qapıçı Çeyx Ture Qanada faciəvi şəkildə həyatını itirib.
QOL.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Senegalın Afrika İnteqrasiyası və Xarici İşlər Nazirliyinin məlumatına görə, o, dələduzluq və quldurluqla məşğul olan bir dəstənin qurbanı olub.
“Esprit Foot Yeumbeul” klubunun yetirməsi olan və gələcəyi parlaq futbolçu kimi görülən Ture peşəkar komandada baxışdan keçiriləcəyi vədi ilə aldadılıb. İnsan alveri ilə məşğul olan şəxslər tərəfindən qaçırılan gənc futbolçunun ailəsindən pul tələb olunub. Lakin tələb edilən məbləğ ödənilmədiyi üçün Ture öldürülüb.
Qananın paytaxtı Akkradakı Seneqal Konsulluğundan bildirilib ki, futbolçunun meyiti Aşanti bölgəsinin Tafo şəhərindəki “Ebenezer” morquna yerləşdirilib. Yerli hakimiyyət orqanlarından ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün geniş araşdırma aparılması istənilib.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir