Qameyro sabiq klubuna qayıtdı

Qameyro sabiq klubuna qayıtdı
DÜNYA FUTBOLU 19 İyul 2021 / 13:10 2263
-  A +

"Valensiya"dan ayrılan Kevin Qameyronun yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu Fransanın “Strasburq” klubuna keçib.

Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransa millisinin sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.

Qameyro peşəkar karyerasına “Strasburq”da başlayıb. O, 2005-2008-ci illər aralığında bu klubda çıxış edib. Kevin Fransada “Strasburq”, “Loryan”, PSJ, İspaniyada “Atletiko”, “Valensiya” kimi klublarda oynayıb.

 


Son xəbərlər