"Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradov Qol.az saytına müsahibə verib.
- Premyer Liqamızın sonuncu dövrəsinə hazırlıq prosesi necə gedir?
- Şükürlər olsun, hər şey qaydasındadır. Məşqimizi uğurla davam etdiririk. Zədəli futbolçularımız yoxdur. Tam heyətlə baş məşqçinin tapşırıqlarını yerinə yetirib sonuncu dövrəyə hazırlaşırıq.
- "Qəbələ"nin hazırkı gücü hansı nəticəni qazanmağa imkan verir?
- Hər bir komanda kimi Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Heyətimiz buna imkan verir. İnanıram ki, mövsümün sonunda sevinənlərdən biri də bizim komanda olacaq.
- "Qəbələ" baxımlı oyun sərgiləsə də, qələbələr baxımından sabitlik yoxdur. Komandada nə çatışmır?
- Xüsusən son dəqiqələrdə buraxdımız qollar bizi üzür. Son vuruşlarda çatışmayan məqamlar var. Açığı tam deyə bilmirəm ki, dəqiqlik çatmır, həyacan olur, tələskənlik və başqa amil. İnanıram ki, bundan sonra belə epizodlar boşa getməz.
- "Qəbələ"də gənc futbolçulara şans verilir. Səncə, ümidləri nə qədər doğrulda biləcəksiniz?
- Bəli, bizim klubda belədir. Baş məşqçimiz hər bir gəncə inanır. Biz də əlimizdən gələni edirik ki, ümidləri doğruldaq, özümüzü sübut edək.
- Millimizin Portuqaliya ilə oyunu haqda nə deyə bilərsən?
- İlk hissədə düşürəm ki, bir az həyacan var idi. İkinci hissədə futbolçularımız nisbətən bunu aradan qaldıra bildik. Taktiki dəyişikliklərdən sonra komandada özünə inam yarandı. Rəqibdən çəkinmək düz deyil, millimiz öz oyunu ilə bunu sübut etdi.
- Millinin oyununda bəyəndiyin və ya bəyənmədiyin hansı məqamlar oldu?
- Ən çox 1 toxunuşlu ötürmələr gözəl alındı. İkinci hissədə yaxşı müdaifə olunduq. Rəqibin ustalıq səviyyəsi sıx müdafiəni yarmağa imkan verirdi. Fikrimcə, uşaqlar yaxşı mübarizə apardı.
- Milliyə "Qəbələ"dən heç kim dəvət almadı. Səbəbi nədədir?
- Bunu mən deyə bilmərəm. Hələ gəncəm. İşim futbol oynamaqdır, özümü yaxşı tərəfdən göstərib, təklif gözləyirəm. Bu sualı təcrübəli futbolçulardan soruşsanız, yaxşı olar.
Ağa Dadaşzadə
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu