"İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı

"İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
PREMYER LİQA 8 Noyabr 2026 / 09:00 71
-  A +

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun günündə iki göüş keçiriləcək.

Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edəcək. Günün və turun son matçında isə "Şamaxı" "Sabah"ın qonağı olacaq.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

8 noyabr (bazar)

15:00“İmişli” – “Sumqayıt”
Hakimlər:
Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov, Cavid Cəlilov (VAR), Pərvin Talıbov (AVAR)
Yevlax şəhər stadionu

17:30.“Sabah” – “Şamaxı”
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı, Rəvan Həmzəzadə (VAR), Eyyub İbrahimov (AVAR)
“Sabah Arena”

Turun digər nəticələri

“Qarabağ” - “Turan Tovuz” - 0:1

“Neftçi” - “Kəpəz” - 1:0

“Zirə” - “Qəbələ” - 2:1

“Şəfa” - “Araz-Naxçıvan” - 2:2 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner