DÇ-2018-in 1/8 finalında Braziliyaya uduzaraq mübarizəni dayandıran Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio haqqında iddia yayılıb.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 56 yaşlı mütəxəssisin DÇ-2018-ə həm xanımı, həm də sevgilisini gətirdiyini iddia edilib. Onun Braziliyaya 0:2 hesabı ilə uduzduqları oyuna həm xanımı və uşaqları, həm də idman müxbiri olan sevgilisini apardığı yazılıb.
"TV Notas"a danışan adı açıqlanmayan şəxs deyib ki, Meksikanın son 2 matçdakı məğlubiyyətinə məhz baş verənlər səbəb olub. Bu, ikili münasibət Osorionun fikrinin yayınmasına gətirib çıxarıb. Bu isə komandanın son 2 görüşdə uduzmasında əsas rol oynayıb.
Julye Osoro Kabellosla evli olan Osorionun bu evlilikdən 2 oğlu var. Onun 2016-cı ildən idman müxbiri Mariana Zakariasla sevgili olduğu bildirilib.
Qeyd edək ki, Meksika qrup mərhələsinin son turunda İsveçə 0:3, 1/8 finalda Braziliyaya 0:2 hesabı ilə uduzub.
Yuxarı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi