"Bu, milli komanda ilə ən böyük nailiyyətimizdir. Yığmalarda oyunçular uzun müddət bir-biri ilə oynamırlar. Buna baxmayaraq, futbolçularım bir-biri ilə yaxşı anlaşdı. Hər kəs ancaq müvəffəqiyyət haqda düşündü. Qırdığımız rekordlarla gücümüzü göstərdik. Oynadığımız futbol digər azarkeşlərin də xoşuna gəldi. Buna görə qürur hissi keçirirəm".
Qol.az-ın məlumatına görə, Belçika millisinin baş məşqçisi Roberto Martines DÇ-2018-də 3-cü yer uğrunda mübarizədə İngiltərəyə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, Fransa və Xorvatiya arasında keçiriləcək final görüşü haqda da danışıb: "Hər iki komanda finalda oynamağa layiqdir. Avro-2016-nın finalında məğlubiyyət fransızları daha güclü və möhkəm etdi. Xorvatiya isə bu turnirdə tarix yazdı. Hər iki yığma kuboku qazanmağa layiqdir".
R.Martines komandanın qol silahı Romelu Lukaku barədə də müsbət fikirlər səsləndirib: "Lukaku möhtəşəm oynadı. O, təkcə qol vurmur, həm də çox işləyir. Fransa ilə oyunda ona qarşı kobud oynayırdılar. Lukaku ağrı hiss etməsində baxmayaraq, komandasına kömək etdi. Bunu yüksək qiymətləndirirəm".
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər