“Fransa əla oyun sərgiləməsə də...” - Deşam

“Fransa əla oyun sərgiləməsə də...” -  Deşam
DÇ-2018 16 İyul 2018 / 00:39 5584
-  A +

Didye Deşam Fransa millisinin çempionluğunu şərh edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, komandasının psixoloji cəhətdən güclü olduğunu bildirib:

“Bu, bizim gənc komandamız üçün əla nəticədir. Bəli, Fransa əla oyun sərgiləməsə də, psixoloji cəhətdən rəqibləri üstələdik. Təbii ki, komandamdan razıyam. Böyük nəticə qazandıq. İndi sevinmək zamanıdır”.

Qeyd edək ki, Fransa millisi Fransada Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlməklə tarixində ikinci dəfə dünya çempionu olub.

Daha çox


Son xəbərlər