“Panenka zərbəsi” endirmək istəyirdim” - Qrizmann
Antuan Qrizmann Fransa millisinin dünya çempionluğundan danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli forvard finalda Xorvatiya üzərində qazanılan qələbədən sonra (4:2) bunları söyləyib:
“Harda olduğumu bilmirəm. Çox xoşbəxtəm! Çox çətin oyun keçirdik. Xorvatlar bizə qarşı çox güclü müqavimət göstərirdilər. Penaltidən öncə “Panenka zərbəsi” endirmək istəyirdim. Lakin sonradan fikrimi dəyişdim”.