Fransanın çempionluğunu bayram edən iki azarkeş öldü

Fransanın çempionluğunu bayram edən iki azarkeş öldü
DÇ-2018 16 İyul 2018 / 11:35 4889
-  A +

Fransada milli komandanın DÇ-2018-in finalında Xorvatiyaya qalib gəlməsini (4:2) bayram edən iki nəfər həyatını itirib.

Qol.az-ın “Le Parisien”ə istinadən yaydığı xəbərə görə, Ansi şəhərində adı açıqlanmayan 50 yaşlı kişi sevincindən özünü kanala atıb və boğularaq ölüb.

Həmçinin, Sen-Felidə daha bir nəfər avtomobillə qəza törədərək dünyasını dəyişib. O, sevincindən idarətməni itirib və maşını ağaca çırpıb.

Ümummiyətlə, Fransanın çempionluğu ölkədə böyük coşğu ilə qeyd edilib. Hətta Paris və Lion şəhərlərində çempionluğu bayram edən azarkeşlər əsayişi pozublar. Polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, Fransa tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Daha çox


Son xəbərlər