"Bu oyunçular normal deyil. 120 dəqiqə oynadıqdan sonra möhtəşəm idilər. Heç biri oyundan çıxmaq istəmirdi. Yorğun olan varmı deyə soruşduğumuzda hamısı "yox" dedilər. Oynadıqları oyundan, mübarizədən zövq aldılar. Bu, tarixi uğurdur".
Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2018-in yarımfinalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, mundialın qalibi olmaq istədiklərini söyləyib: "Hələ son sözümüzü deməmişik. Son sözümüzü finalda söyləyəcəyik. Heç vaxt dayanmayacağıq. Tanrı istəsə, dünya çempionatını biz qazanacağıq".
Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılaşacaq. Matç iyulun 15-i Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi