“Fransa antifutbol oynayan komandadır” – Kurtua

“Fransa antifutbol oynayan komandadır” –  Kurtua
DÇ-2018 11 İyul 2018 / 15:04 4463
-  A +

“Fransa bizə künc zərbəsindən qol vurdu. Buna qədər isə yalnız öz qapılarını qorumaqla məşğul idilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin qapıçısı Tibo Kurtua "The Guardian"a açıqlamasında deyib.

O, DÇ-2018-in yarımfinalında uduzduqları (0:1) Fransa millisinin layiqli qələbə qazanmadığını bildirib: “Mən 1/4 finalda Braziliyaya uduzmağı üstün tutardım. Hər halda onlar futbol oynamaq istəyirdilər. Fransa isə antifutbol oynayan komandadır”.

Qeyd edək ki, Belçika İngiltərə - Xorvatiya cütünün məğlubu ilə 3-cülük uğrunda oynayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı